Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yadplanetlilər ilə əlaqənin mümkünsüzlüyü isbat olundu


Frenk Dreykin rəhbərliyi altında bir qrup Amerikalı astronom belə bir nəticəyə gəlib ki, Yerin əhalisi yadplanetli sivilizasiyadan hər hansı siqnal qəbul etsə, həmin sivilizasiya artıq böyük ehtimalla mövcud olmayacaq


Oxu.Az xəbər verir ki, bu barədə “Science News”da elmi məqalə dərc olunacaq.

Tədqiqatçılar bunun üçün potensial yadplanetli siqnalının ötüb keçəcəyi qalaktika sahəsini hesablayıb. Dreykin sözlərinə görə, kosmik rəqəmlərlə yanaşdıqda  sivilizasiyalar sürətli şəkildə qurulub-məhv olsa da, həmin sivilizasiyaların göndərdiyi siqnallar bütün Süd Yolunu ehtiva edir, uzun müddət kosmosda dolanır.

Nəticədə qalaktikanın böyük hissəsi artıq mövcud olmayan uzaq planetlərdən qaynaqlanan siqnallar ilə dolur.

Süd Yolunun diametri 100 min işıq ili təşkil edir. Halbuki günəş sistemi qalaktikanın mərkəzindən 26 min işıq ili aralıda yerləşir.

Alimlər hesab edir ki, radiosiqnal göndərməyə qadir olan inkişaf etmiş sivilizasiyaların əksəriyyəti 100 min ildən çox mövcud olmur. Ona görə, indiki zamanda yadplanetlilərdən siqnal qəbul etmək şansları az qala sıfıra bərabərdir.

“Bəşər övladı” kosmosa artıq 80 ilə yaxındır ki, siqnal göndərir. Halbuki həmin radiosiqnallar qalaktikanın təxmini sahəsinin heç 0,001 faizini əhatə etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Ən çox oxunanalar