Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi təyinatlılar Naxçıvanda təlim keçib

Azərbaycan Ordusu Naxçıvanda xüsusi təyinatlılar və PUA-ların iştirakı ilə təlim keçib, şərti düşmən məhv edilib...

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.

Təlimin növbəti mərhələsi idarəetmə məntəqlərinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.

Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti ərazidə məşq etdirilib.

Taktiki fəaliyyətlərin praktiki icra mərhələsində artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə praktiki atışları icra edib.

Artilleriyanın döyüş atışlarından sonra xüsusi təyinatlı qruplara düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın tapşırığı verilib. Xüsusi təyinatlılarımız pilotsuz uçuş aparatları (PUA) ilə mövqelərə zərbələr endirdikdən sonra basqın fəaliyyətinə başlayıb.

Mövqelərə hücum zamanı müdafiədə olan bölmələrini gücləndirmək və irəliləyən bölmələrimizin hücumlarını dayandırmaq üçün hərəkətdə olan şərti düşmənin mexanikləşdirilmiş bölməsi xüsusi təyinatlı qruplar tərəfindən pusquya salınaraq məhv edilib.

Mürəkkəb və çətin dağlıq relyefdə yerləşən düşmən mövqelərinə hücum edən xüsusi təyinatlılar sızma və dağdan enmə faəliyyətlərini icra edərək mövqeləri ələ keçirib və düşmənin canlı qüvvəsini məhv ediblər.

Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar