Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi karantin rejimini pozan 40 nəfər cərimələndi

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu kimi halların qarşınının alınması məqsədi ilə DİN-in əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Belə ki, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər.

Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1-i inzibati həbs olunmuş, 40 nəfəri isə cərimə edilmişdir.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfər inzibati həbs olunmuş, 5 nəfər isə cərimə edilib.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 1 243 nəfərə, onlardan Bakı şəhəri üzrə 868 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 12 şəxs isə inzibati qaydada həbs olunub.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 14 nəfər inzibati həbs edilib, 1 288 nəfər inzibati cərimə olunub.

Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

pia.az


Etiket: karantin cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar