Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı qətliamında iştirak edən “Kobra”nın heykəlinin arxasında kim dayanır?

Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində Qarabağda dinc azərbaycanlıların qətlində iştirak etmiş erməni Mixail Avaqyana heykəl qoyulması Rusiyanın maraqlarına uyğundur

Bunu Gürcüstan İctimai Televiziyasının reportajına istinadən Rusiyanın “Vzqlayd” qəzetinin Tiflisdəki müxbiri bildirir.

Məlumata görə reportajda deyilir ki, Avaqyana heykəl qoyulmasına görə Bakı ilə Tiflis arasında diplomatik qarşıdurmanın yaranması ancaq Moskvanın işinə yarayır. Kanalın respondentləri deyirlər ki, “Rusiya etnik azlıqların məskunlaşdığı bölgələrdə gərginliyin meydana çıxmasında, beləliklə də Gürcüstana əlavə problemlər yaranmasında maraqlıdır”.

Hakim “Gürcü arzusu” koalisiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə telekanala deyib ki, heykəlin qoyulması “mərkəzi hakimiyyətlə razılaşdırılmayıb”.

Gürcüstan XİN isə məsələ ətrafında ajiotaj qaldırmamağa çağırıb, bildirib ki, rəsmi Bakı ilə kommunikasiya qurulub və izahat verilir.

Xatırladaq ki, Axalkalaki rayonunun Buqaşeni kəndində “Kobra” ləqəbli Mixail Avaqyana heykəlin qoyulması TiflisBakı arasında diplomatik gərginliyə, habelə Azərbaycan ictimaiyyətinin və KİV-lərinin kəskin reaksiyasına səbəb olub. Mixail Avaqyan həmin kənddə anadan olub, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edib. 1994-cü ildə Horadiz döyüşləri zamanı öldürülüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar