Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalan şəhərində şəhidlərinin xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində I Qarabağ və Vətən Müharibəsində ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilib.
RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışmışdır. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük zəfər qazanaraq xalqımızın vətən həsrətinə son qoyub. Vətən Müharibəsi zamanı həm I Qarabağ, həm də Vətən Müharibəsi müddətində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alınıb. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların yerindəcə məhv ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində böyük diqqətin göstərildiyi qeyd edilərək onların həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hss etdikləri vurğulanıb.

Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağını, Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyini bildirən RİH başçısı burada əsas məqsədin həyatımızın bütün anlarında şəhidlərimizin əziz xatirəsini yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.

Daha sonra I Qarabağ müharibəsi qazisi və Vətən Müharibəsi şəhidi Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev, şəhid Ceyhun Useynovun anası Kəmalə Useynova, qazi Zaur Hüseynli, ilahiyyətçi Rasim Xadaverdiyev və Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş qazilər çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, şəhidlərimizin əziz ruhlarına dualar oxuyub, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıb və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Sonda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar