Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci dövri məruzəsinin təqdimatı keçirilib...

 

Poliqon xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazir müavini çıxış edərək, Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.

Nazir müavini öz çıxışında Azərbaycan Respublikasının Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib.

Bundan başqa, S.Sərifov Azərbaycan Respublikası hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.

Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin modernləşdirilməsi, penitensiar infrastrukturunun təkmilləşdirilməsi, məhkümlara keyfiyyətli tibb xidmətlərinin göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlər, alternativ cəzaların tədbiqi, insan alveri və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və dövlət proqramları barədə məlumatlandırılaraq, Komitə üzvləri tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar