Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəstəlik deyil, simptomdur”: Sağlam adamın başı niyə ağrıyır?

Kliniki təsnifata görə, başağrılarının bir çox növləri var...

“Başağrısı, əsasən, xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir”.

Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Həkimin sözlərinə görə, neyrogen və psixogen amillərin təsirindən əmələ gələn başağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur:

“Kliniki təsnifata görə, başağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik başağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit başağrılarını göstərmək olar”.

Həkim-nevropatoloq onu da bildirib ki, müasir dövrdə ən çox rast gəlinən başağrısı miqren tipli, gərginlik və servikogen başağrılarıdır:
“Miqren tipli ağrılar, birtərəfli, nəbz kimi vuran olur, dörd saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir. Servikogen başağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir. Gərginlik başağrıları, əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir. Kranialgiya dedikdə isə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur”.

Mütəxəssis başağrılarının, əslində, praktiki sağlam insanlarda da müşahidə edildiyini deyib. Buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyətini, iqlim dəyişkənliyini, istirahətsiz yaşam tərzini, yuxu rejiminin pozulmasını, zərərli vərdişləri (siqaretdən, spirtli içkilərdən istifadə) göstərib. Onun sözlərinə görə, hazırda başağrılarının allergik formasına da tez-tez rast gəlinir:

“Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları başağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya başağrısı şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental-diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur”.

Poliqon.info


Etiket: başağrısı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar