Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanhüseyn Kazımlının deputatlığa namizəd qızı barədə maraqlı fakt: Baş müəllim, yoxsa... - Foto

Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazımova deputatlığa namizədliyini irəli sürüb...

Bunu Mərkəzi Seçki Komissiyasından Publika.az-a təsdiqləyiblər.

O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri Dairə Seçki Komissiyasına təqdim olunub.

Eyni zamanda bu günlərdə sosial şəbəkələrdə Xanhüseyn Kazımlının qızının namizədliyi ilə bağlı dövlət başçısına məktubunun surəti yayılıb. Partiya sədri Prezidentə müraciət edərək qızı Əsli Kazımovanın millət vəkili seçilməsini istəyib: "Əgər icazə versəniz, mən hər hansı dairədən millət vəkili seçilməyimə razı deyiləm. Əvəzimdə isə Sosial Rifah Partiyası sədrinin birinci müavini Kazımova Əsli Xanhüseyn qızının namizədliyini doğulduğum diyardan verərdim..."X.Kazımlının yazdığı iddia olunan məktubda partiya sədri qızı haqqında ətraflı məlumat verib. Bildirib ki, bir neçə kitabın müəllifi olan Ə.Kazımova 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. O, qızını sözügedən universitetin "İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi kimi təqdim edib.

Maraqlıdır ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlərdə isə onun "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri kimi çalışdığı qeyd olunub. Məlumatı dəqiqləşdirmək üçün Ə.Kazımova ilə əlaqə saxlamağa çalışdıq. Telefon dəstəyini götürən və özünü Əsli Kazımovanın köməkçisi kimi təqdim edən şəxs namizədin bu barədə danışmaq istəmədiyini bildirdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar