Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqımızın xilaskarı Heydər Əliyev

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş edib...

Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutub.

Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.

Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.

Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad isə Qarabağ torpaqlarının düşməndən tam şəkildə azad edilib Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi oldu.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Poliqon.info


Etiket: Heydər Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Makron Le Penə qalib gəlmək üçün partiyasının namizədlərini geri çəkir...

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Şimali Koreia Yapon dənizinə doğru ballistik raketlər buraxıb

Ən çox oxunanalar