Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq sülhə hazırdırmı? - Paytaxt sakinləri arasında Videosorğu

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra xalqların sülhə hazırlanmasıyla bağlı verilən bəyanat sülh məsələsini və xalqlararası dialoq mövzusunu aktuallaşdırıb

Dağlıq Qarabağ problemi ilə bağlı ilin ilk ayında münaqişə tərəfləri arasında ən yüksək səviyyədə ard-arda keçirilən bir neçə görüş sülhlə bağlı bəzi kövrək ümidlər yaradıb.

Hərçənd, işğalçı Ermənistanda baş nazir Nikol Paşinyanın qatı əleyhdarları ortada heç bir anlaşmanın olmamasına rəğmən, onu az qala xəyanətdə suçlayır, “bir qarış torpaq belə, qaytarılmamalıdır” deyə hay-küy qoparırlar. Bu hay-küyün “tozu” hələ də yatmayıb.

Ancaq məsələ ondadır ki, heç Nikol Paşinyanın özü də hələ indiyədək Qarabağ mövzusunda öz sələflərindən fərqli hansısa konstruktiv bəyanat, açıqlama verməyib. Onun son açıqlaması da istisna olmadı.

N.Paşinyan deyib ki, Ermənistan hökuməti Qarabağ münaqişəsinin tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə etmir. Bunu o, guya keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Bəs, beynəlxalq təşkilatların AzərbaycanErmənistanı sülhə çağırmasına xalq nə deyir?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib. “Sülhə hazırsınızmı” sualı ilə müraciət etdiyimiz vətəndaşlar fərqli cavablar səsləndiriblər.

Sorğuda həmçinin siyasi şərhçi Əhəd Məmmədli və politoloq Elxan Şahinoğlunun fikirləri də yer alıb.

Həmin videosorğunu təqdim edirik.

pia.az

 


Etiket: Sülh

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Ən çox oxunanalar