Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Zelenski karantin rejimini pozduğuna görə cərimə ödəyəcək

Ukraynanın prezidenti Vladimir Zelenski ölkənin Xmelnitski şəhərində kafedə kofe içdiyinə görə cərimə ödəməyə hazır olduğunu bildirib...

“Report” Ukrayna KİV-yə istinadən xəbər verir ki, hadisə iyunun 3-də baş verib.

Məlumata görə, ölkədə kafelərin normal fəaliyyəti yalnız iyunun 5-də bərpa olunacağına baxmayaraq, V.Zelenski kafeyə baş çəkib.

“Əgər qayda pozuntusuna yol vermişəmsə, cərimə ödəməyə hazıram”, - ölkə başçısı söyləyib.

Bununla belə, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko V.Zelenskinin qaydaları pozmadığına işarə edərək bunu karantin tədbirlərinin ləğvindən öncə təşkil edilmiş inspeksiya olaraq qəbul edilməli olduğunu vurğulayıb.

Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko da məsələyə münasibətini bildirib:

“Hüquq-mühafizə orqanları dövlət başçısı tərəfindən güman edilən qayda pozuntusunu araşdıracaq".

Qeyd edək ki, Ukraynada karantin qaydalarının pozuntusuna görə 17 min qrivna (1 080 AZN) cərimə nəzərdə tutulub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar