Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi ilə bağlı serialın istehsalına başlanılıb

Serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir...

"Qarabağ Vətən müharibəsi" şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb.

Bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov "Qarabağ Vətən müharibəsi" serialı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə töhfə vermək məqsədilə çəkilən serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir: "Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri həyata keçirilib".

R.Həsənov bildirib ki, "Qarabağ Vətən müharibəsi" şərti adlı serialın çəkilişlərinə gələn ilin mart ayında başlanılacaq: "Serial 8 bölümdən ibarət olmaqla hər bölüm 1 saat olacaq".

Qeyd edək ki, serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir. "Bozdağ Film" şirkətinin istehsalı olan "Kuruluş Osman", "Diriliş Ertuğrul", "Aşkın yolculuğu. Yunus Emre", "Mendirman Celaleddin", "Destan" kimi uğurlu serial layihələri dünyanın yüzdən çox ölkəsində yayımlanaraq milyonlarla tamaşaçı toplayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir

Ən çox oxunanalar