Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi güzəştləri tikinti sektoruna da aid edilsin - TƏKLİF

Tikinti şirkətlərinin sahiblərinə şad xəbər...

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsini təklif edib.

ASK-dan Pravda.az-a verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

İclasda pandemiyasından zərərçəkən tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.

V. Abbasov həmçinin tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Komissiyanın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Daha sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqlarının ödənilməsi məsələsini müzakirə ediblər. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar