Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vergi güzəştləri postpandemiya dönəmində də saxlanılmalıdır” - Ekspert

Hökümətin tətbiq etdiyi vergi güzəştləri mikro sahibkarlığın ayaqüstə qalması üçün yetərli olacaqmı?...

İqtisadçı-ekspert: “Mövcud şəraitdə vergi güzəştləri, vergi tətilləri həm fiziki şəxslərin özləri, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mövcud təzyiqlərdən sığortalanması üçün ən mühüm tələb olunan şərtlərdən biri idi”

“Karantin rejimi aradan götürüldükdən və postpandemiya dövrü gəldikdən sonra da müəyyən müddət ərzində iqtisadi aktivliyin bərpa olunmasına kömək göstərmək məqsədilə bu güzəştlər saxlanılmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün açıqlanan məlumatda bildirilir ki, bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Təkliflərə əsasən, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcəsi 14 faizdən 7 faizə endirilir. Bundan əlavə, fiziki şəxslər 1 il müddətinə cari vergi ödəmələrindən və bu vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilir, həmçinin 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılır.

Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılır. Təklfdə həmçinin ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması nəzərdə tutulur.

Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

Bu vergi güzəştlərini kiçik sahibkarlığın ayaqüstə qalması üçün yetərli hesab etmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərovla müzakirə edib.

Pərviz Heydərov: “Bu güzəştlər sahibkarların yaranmış vəziyyətdə müəyyən dərəcədə öhdəliklərinin yerinə yetirilməsi problemlərini xeyli dərəcədə asanlaşdıracaq”.

Karantin rejimi tətbiq edilən ilk günlərdən dövlət iqtisadiyyata və vətəndaşlara dəstək olacağını bəyan edəndə bunun konturlarının nədən ibarət olacağı müəyyənləşdirilərkən­­ vergi güzəştləri, vergi tətillərin də tətbiq edilməli olduğu konkret olaraq söylənildiyini xatırladan iqtisadçı-ekspert PİA.az-açıqlamasında­­ əlavə edib ki, bu da hökumət tərəfindən nəzərə alınmalı idi və alındı da:

“Bu mövcud koronavirus pandemiyası ilə əlaqədar karantin şəratində həyata keçirilməli olan addımlardan biri kimi xarakterizə olunur. Yəni karantin rejimi tətbiq edilən ilk günlərdən dövlət iqtisadiyyata və vətəndaşlara dəstək olacağını bəyan edəndə bunun konturlarının nədən ibarət olacağı müəyyənləşdirilərkən­­ vergi güzəştləri, vergi tətillərin də tətbiq edilməli olduğu konkret olaraq söylənilirdi. Təbii ki, bu da hökumət tərəfindən nəzərə alınmalı idi və alındı da.

Mövcud şəraitdə vergi güzəştləri, vergi tətilləri həm fiziki şəxslərin özləri, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mövcud təzyiqlərdən sığortalanması üçün ən mühüm tələb olunan şərtlərdən biri idi. Bu güzəştlər sahibkarların yaranmış vəziyyətdə müəyyən dərəcədə öhdəliklərinin yerinə yetirilməsi problemlərini xeyli dərəcədə asanlaşdıracaq.

Amma hesab edirəm ki, karantin rejimi aradan götürüldükdən və postpandemiya dövrü gəldikdən sonra da müəyyən müddət ərzində iqtisadi aktivliyin bərpa olunmasına kömək göstərmək məqsədilə bu güzəştlər saxlanılmalıdır”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar