Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtondan Pekinə sanksiya təhdidi...

ABŞ müttəfiqləri ilə Rusiyaya hərbi yardım üçün Çinə qarşı sanksiyaları müzakirə edir…

ABŞ ən yaxın müttəfiqlərindən Pekinin Ukrayna ilə münaqişədə Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə Çinə qarşı sanksiyaların tətbiqi mümkünlüyü barədə müzakirələr aparırır.

Poliqon.info xəbər verir ki, bu barədə 4 ABŞ rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Reuters Agentliyi bildirir ki, məsləhətləşmələr hələ ilkin mərhələdədir. Vaşinqton bu məsələdə bir sıra ölkələrin, ilk növbədə G7-nin üzvü olan ölkələrin dəstəyini almaq niyyətindədir. Hansı sanksiyaların müzakirə olunduğu məlum deyil.

Reuters yazır ki, Co Bayden administrasiyasının Çinin Rusiyaya dəstəyinə qarşı ilkin addımlarına diplomatik səviyyədə qeyri-rəsmi təmaslar daxildir. ABŞ-ın məsləhətləşdiyi ölkə rəsmisinin sözlərinə görə, onlar Çinin Rusiyaya hərbi yardımı nəzərdən keçirməsi ilə bağlı iddiaları dəstəkləyən “qıt kəşfiyyat məlumatı” görüblər.

Məlumatda qeyd olunur ki, martın 3-də Ağ Evdə ABŞ prezidentinin Almaniya kansleri Olaf Şoltsla görüşündə Çinin Rusiya-Ukrayna münaqişəsindəki rolunun müzakirə mövzularından biri olacağı güman edilir.

“The Wall Street Journal” yazıb ki, Çin Rusiyaya artilleriya və pilotsuz təyyarələr tədarük etmək imkanını nəzərdən keçirir. CNN-in məlumatına görə, Pekin Moskvaya hərbi dəstək verib-verməməsi ilə bağlı yekun qərar qəbul etməyib, lakin Çin hakimiyyəti artıq Rusiya tərəfi ilə silahların dəyəri və həcmini müzakirə edir.

Fevralın sonunda NBC News yazıb ki, ABŞ hakimiyyətinin məlumatına görə, Çin Ukraynadakı döyüşlər üçün Rusiyaya qeyri-öldürücü hərbi yardım edir. Bayden Pekindən Moskvaya silah tədarükü ilə bağlı “böyük təşəbbüs” gözləmədiyini deyib, lakin ölkə silah ötürmək qərarına gələrsə, Çini nəticələrlə hədələyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin dron və artilleriya tədarükünün mümkün olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib. Peskov bu imtinanı məlumatın Çin tərəfindən təkzib edilməsi ilə əlaqələndirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar