Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov insult keçirib, xəstəxanadan isə imtina edib...

Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə etibar etmir...

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində növbəti dəfə problem yaranıb. Naxçıvan “xan”ının sağlıq durumu kəskin pisləşdiyi üçün Bakıdan gedən tanınmış həkimin müdaxiləsinə ehtiyac yaranıb.

Xatırladaq ki, vəzifədən istefa verdiyi ötən 40 gün ərzində Vasif Talıbov üçüncü dəfə tibbi yardım almaq məcburiyyətində qalıb. Onun səhhətinin pisləşməsi son vaxtlar xarakterik hal almağa başlayıb.

Yaxın qohumlarından biri “Yeni Sabah”a bildirib ki, sabiq Ali Məclis Sədrinin hazırkı durumu heç də ürəkaçan deyil. O, son vaxtlar evinə qapanan və ətraf aləmdən tamamilə təcrid olunan Naxçıvan “xan”ının üç gün əvvəl insult keçirdiyini bildirib.

Mənbə sabiq Məclis sədrinin ev şəraitində müalicə olunmasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, V.Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə etibar etmir. O, MR-də keyfiyyətli tibbi yardım alacağına inanmır.

Qohumunun dediyinə görə, Talıbovun ev şəraitində müalicə olunmasının başqa bir səbəbi isə dilə-dişə düşməməkdir. V.Talıbov hesab edir ki, Naxçıvanda, yaxud Bakıdakı tibb müəssisələrinin birinə yerləşdirilsə, bu faktı ictimaiyyətdən gizlətmək mümkün olmayacaq. Yəni o, tibbi personalın mediaya məlumat sızdırmasından ehtiyatlanır. Buna görə də keyfiyyətli tibbi yardım ala biləcəyi bütün klinikaların xidmətindən könüllü imtina edib.

Yaxın qohumu onu da bildirib ki, hazırda Vasif Talıbov üçün ən optimal variant qonşu İran və Türkiyədə müalicə olunmaqdır. Adının İran kəşfiyyatı ilə hallanması Talıbovun bu ölkəyə getməsini mümkünsüz edib. Keçmiş rəhbərin Türkiyədə müayinə və müalicə olunmaq arzusu isə baş tutmayıb. Ona ölkəni tərk etməyi məsləhət görməyiblər.

pia.az


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar