Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov gizli tunellərlə bu ölkəyə qaçacaqmış... 

Vasif Talıbovun istefası və yerinə Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması Naxçıvanda şok effekti yaradıb...

Bir çoxları bunu ağıllarına belə gətirə bilmirdi və məlumatların şokedici təsirindən indi-indi çıxırlar.

PİA.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.

O bildirib ki, Naxçıvanda hazırda böyük canlanma hiss olunur:

“Hər kəs açıq-aşkar Vasif Talıbova və onun oğullarına qarğış-nalə yağdırır, öz bağlanmış iş yerlərini açırlar. Hazırda Naxçıvanda 2000-ə qədər dükanın açıldığı bildirilir. Bakıdan Naxçıvana bir sıra qida və məişət məhsullarının daşındığı barədə məlumatlar almaqdayam. Hansı ki, bu zamanadək həmin məhsulların Naxçıvana aparılması qadağan olunmuşdu. Bir çox məhsullardan isə qanunsuz gömrük rüsumu alınırdı”.

H.Oğuzun sözlərinə görə, dünən Vasif Talıbovun öz sarayından oğlu Rza Talıbovun villasına köçürüldüyü qeyd olunur:

“Xan”ın sarayının bəzi gizəmləri barədə müəyyən söhbətlər dolaşır. İddialara görə, bu sarayda qaçış üçün gizli tunellər və bunkerlər var. Hətta bu tunellərin İrana çıxdığı belə iddia olunur. “Xan”ın öz iqamətgahından çıxarılmasını bu gizli tunellərlə əlaqələndirənlər də az deyil. Bildirilir ki, “Xan”ın ölkədən qaçmasının qarşısını almaq üçün o, iqamətgahından çıxarılıb və oğlunun evində məskunlaşdırılıb”.

H.Oğuz Vasif Talıbovun digər oğlu Seymurun ətrafında həlqənin daraldığını bildirib:

“Onun bacanağı Hümbət Qəhrəmanovun dindirilmək üçün Bakıya gətirildiyi vurğulanır. Hümbət Qəhrəmanov Seymur Talıbovun ən yaxın adamıdır və bütün işlərini o idarə edir. Bir çox iş adamlarının biznesinin əlindən alınmasında Hümbətin adı hallanır. Bu baxımdan bacanağın Bakıya gətirilməsi istintaq araşdırmalarının son hədəfə – Seymura yaxınlaşdığı təsəvvürünü yaradır. Böyük ehtimalla bacanaqdan sonra növbə Seymura çatacaq”.

pia.az


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar