Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vardanyanın Qarabağda ilk aktiv kampaniyası... - Xankəndi mitinqi bizə nə deyir?

İddialara görə Ruben Vardanyan Xankəndindəki mitinqin çoxminli olması üçün böyük xərc çəkib...

Politoloq: “Ruben Vardanyanın Qarabağa gəlişi təsadüfi deyil. Vardanyan konkret olaraq Rusiyanın hazırladığı kadrdır”.

“Vardanyan Xankəndində yaşayan ermənilərin aksiyaya gəlməsi üçün şəxsi büdcəsindən vəsait ayırıb. Mitinqdən də gördük ki, oraya kifayət qədər insan toplanmışdı”.

Bu sözləri politoloq Turan Rzayev Ruben Vardanyanın Xankəndində keçirilən mitinqdəki rolunu PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan mətbuatının iddiasına görə bir müddət əvvəl qanunsuz olaraq Qarabağa köçərək orada məskunlaşan rusiyalı milyarder Ruben Vardanyan Xankəndindəki mitinqin çoxminli olması üçün böyük xərc çəkib. “Rusiya layihəsi” olduğu bildirilən Ruben Vardanyanın noyabrın 1-də qondarma qurumun dövlət naziri olacağı gözlənilir.

Bəs Rusiyanın Vardanyan layihəsi həyata keçəcəkmi və belə olarsa, bundan sonra qondarma qurumda hansı proseslər ola bilər?

Rusiyanın Vardanyan layihəsini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Vardanyanın Qarabağ üçün deyil, məhz Ermənistan müxalifəti üçün hazırlanan bir kadr olduğunu düşünürəm”.

İndiki məqamda Vardanyanın həm Ermənistan, həm də Azərbaycan üçün Rusiyanın əlində təzyiq vasitəsi olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, Azərbaycan üçün Xankəndində iqtidara gələ biləcək namizəd, Ermənistan üçün isə sabah Paşinyana rəqib ola biləcək yeni bir müxalif simadır:

“Əvvəla onu qeyd edim ki, Ruben Vardanyanın Qarabağa gəlişi təsadüfi deyil. Vardanyan konkret olaraq Rusiyanın hazırladığı kadrdır.

Vardanyan Xankəndində yaşayan ermənilərin aksiyaya gəlməsi üçün şəxsi büdcəsindən vəsait ayırıb. Mitinqdən də gördük ki, oraya kifayət qədər insan toplanmışdı. Həmin insanların hamısı heç də Xankəndindəki ermənilər deyildilər. Yəni mitinqə Ermənistandan da gəlmişdilər və burda Rusya sülhməramlılarının da məsuliyyəti var. Ermənistandan gələn hər adama da 50 dollara yaxın vəsait verildiyi bildirilir və bunu deyən də ermənilər özləridir. Xankəndi mitinqi və Vardanyanın aktivliyinin artması Rusiyanın yeni planlarının dövriyyəyə qoymasından irəli gəlir.

Bütün bunlara baxmayaraq, bundan sonrakı proseslərin necə olacağını Soçi görüşündən sonra biləcəyik. İndiki məqamda Rusiya Ermənistanın itirilməsindən narahatdır. Putin də iki gün öncə erməni xalqına üzünü tutaraq bildirdi ki, sülh müqaviləsi ilə bağlı “Vaşinqton variantı”nı qəbul etdikləri halda Rusiya buna maneçilik törətməyəcək. Gedən proseslər onu göstərir ki, Rusiya Qarabağda faktiki olaraq 1988-ci il ssenarisini yenidən aktivləşdirib. Əgər Ermənistan tərəfi Qərbə meyillənsə və Qarabağ məsələsini bitirməyə çalışsa, Rusiya tərəfi prosesləri daha da aktivləşəcək. Qarabağdakı ermənilər vasitəsi ilə Həm Yeravana, həm də Bakıya təsir etməyə çalışacaq.

Turan Rzayev: “Gedən proseslər onu göstərir ki, Rusiya Qarabağda faktiki olaraq 1988-ci il ssenarisini yenidən aktivləşdirib”.

Ümumilikdə isə mən Vardanyanın Qarabağ üçün deyil, məhz Ermənistan müxalifəti üçün hazırlanan bir kadr olduğunu düşünürəm. Amma proseslərə görə bu dəyişə bilər. Yəni Ermənistanın Qərbə meyillilik siyasətini gücləndirməsi və Rusiyadan üz döndərməsi fonunda Vardaryan Ermənistan iqtidarına hazırlana bilər. Bunun da yolu Qarabağdan keçir.

Əksinə qalanda, indiki məqamda Vardanyan həm Ermənistan, həm də Azərbaycan üçün Rusiyanın əlində təzyiq vasitəsidir. Azərbaycan üçün Xankəndində iqtidara gələ biləcək namizəd, Ermənistan üçün isə sabah Paşinyana rəqib ola biləcək yeni bir müxalif simadır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar