Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Universitetlər keyfiyyətli kadr hazırlığının həyata keçirilməsində maraqlı deyil” - Ekspert

Təhsil eksperti: “Universitetlərin infrastrukturu, labaratoriyeları müasir standartlara cavab verməlidir”

“Universitetlərimizin dünya reytinqində olmaması ölkəmizə gələn xarici tələbələrin də sayına təsir göstərir”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov universitetlərin birləşdirilməsi təklifini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünənki iclasında millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. “Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”, deyə bildirən deputat hesab edir ki, universitetlərin çoxunu birləşdirmək lazımdır.

Məlumdur ki, universitetlərin ixtisar olunaraq birləşdirilməsi məsələsi bir neçə il öncə də gündəmdə idi. Hətta bu proses çərçivəsində birləşdirilən universitetlər də olub. Ekspertlərə görə isə ali məktəblərin birləşdirilməsi deyil, universitetlərdə çevik, optimal, geniş təyinata malik olan idarəetmə strukturunun yaradılması və kadr potensialının düzgün yerləşdirilməsinə daha çox ehtiyac var.

Maraqlıdır ki, universitetlərin sayının azalması təhsil sistemində inkişafa və nöqsanların aradan qalxmasına səbəb ola bilərmi? Ümumiyyətlə, birləşməyə ehtiyac varmı? Maddi-texniki imkanları demək olar ki, olmayan universitetlərin fəaliyyəti təhsilin keyfiyyəti baxımından nə qədər məqsədəuyğundur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Məsələnin çıxış yolu ali təhsil müəssisələrinin bağlanması deyil”.

Azərbaycan universitetlərinin birləşdirilməsinə ehtiyac olduğunu bildirən təhsil üzrə ekspert Kamran Əsədova görə, təhsil sistemindəki nöqsanlar xarici tələbələrin sayının azalmasına da təsir edir:

“İlk növbədə qeyd edim ki, hörmətli millət vəkilimiz Fazil Mustafanın ali təhsil müəssisələrimiz barəsində dediyi həqiqəti əks etdirir. Həqiqətən də son illər ərzində ali təhsil müəssisələrini bitirib əmək bazarına daxil olan məzunların nəticələrinə baxanda onların müasir dövrün standartlarına cavab vermədiyini görürük. Çünki hələ ali təhsil müəssisələrinin tədris proqramçıları XX əsrin 80-90 cı illərində qalıb. Ali təhsil müəssisələri keyfiyyətli kadr hazırlığının həyata keçirilməsində maraqlı deyil. Onlar məzunlarının sonrakı naliyyətlərini izləmirlər. Ancaq məsələnin çıxış yolu ali təhsil müəssisələrinin bağlanması deyil. Çünki onsuzda ölkəmizdə ali təhsilli insanların sayı azdır. Ölkə vətəndaşlarının cəmi 17 faizi ali təhsillidir ki, bu da “hər min nəfərdən 124 nəfəri ali təhsillidir”, deməkdir. Bu faiz dünyada qəbul edilmiş normalardan aşağıdır.

Hesab edirəm ki, məsələdə çıxış yolu ali təhsil müəssisələrində keyfiyyətin qaldırılması ola bilər. Bunun üçün universitetləri dünya təhilini bilən şəxslər, menecerlər idarə etməlidir. Universitetlərin infrastrukturu, labaratoriyeları müasir standartlara cavab verməlidir. Ali təhsil müəssisələri kadr hazırlığını müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən səviyyədə qurmalı, son illərdə nəşr olunmuş dərsliklərdən, elmi tədqiqat işlərindən istifadə olunmalıdır.

Kamran Əsədov: “Türkiyənin 180 universitetində təhsil alan xarici tələbələrin sayı 900 min, Sinqapurun iki universitetində təhsil alan xarici tələbəlrin sayı 80 min nəfərdir”.

Bu gün ölkədə fəaliyyət göstərən 50-dən çox universitetimizin dünya reytinqində ilk min universitet arasında olmaması Fazil Mustafa bəyin dediklərində həqiq olduğunu göstərir. Bu məsələnin həllinin müasir təhsili, universitet idarəçiliyini bilənlərin təhsil müəssisələrinə gətirilməsi ilə mümkün ola biləcəyini düşünürəm. Universitetlərimizin dünya reytinqində olmaması ölkəmizə gələn xarici tələbələrin də sayına təsir göstərir.

Hal-hazırda 54 ali təhsil müəssisəmizdə 5400 nəfər xarici tələbə təhsil alır. Halbuki, qardaş Türkiyənin 180 universitetində təhsil alan xarici tələbələrin sayı 900 min, Sinqapurun iki universitetində təhsil alan xarici tələbəlrin sayı 80 min nəfərdir. Universitetlərimiz xarici ölkələrdə təhsil sərgiləri təşkil etməklə problemin həllini həyata keçirə bilərlər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar