Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya görə Rusiyanı çökdürə bilməyən Qərb, Navalnıyə görə nə edə biləcək?

Navalnının ölümü sonrası Qərbin Rusiyaya qarşı təzyiqlərinin artması gözlənilir...

Politoloq: “Rusiyanın Ukrayna işğalına başlaması səbəbilə tətbiq edilən sanksiyaların ciddi nəticəsinin olmadığı bir durumda Aleksey Navalnının ölümünə görə Qərbin edəcəyi təzyiqin nə olmasından asılı olmayaraq hansısa nəticəsi olacağını fikirləşmək doğru olmazdı”.

“Nə qədər də effektli olmasa da, Kreml rejiminin zəiflədilməsi üçün atılmış hər bir addım onu gələcək belə addımlardan qismən çəkindirir”.

Bu sözləri politoloq Azər Qasımov Aleksey Navalnının ölümünə görə Qərbin Rusiyaya tətbiq etməsi gözlənilən sanksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Aleksey Navalnının ölümü sonrası Qərbin Rusiyaya qarşı təzyiqlərinin artması gözlənilir. Bəs, Qərb bir ölkənin işğalına görə Rusiyanı tam mənada çökdürə bilmirsə, Aleksey Navalnının ölümünə görə edəcəyi təzyiq Kremlə nə qədər təsir edəcək?

Navalnının ölümünün Rusiya edəcəyi təsirləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rusiya hakimiyyəti Navalnını ilk dəfə deyildi ki, öldürmək istəyirdi. İlk dəfə uğursuz olmuşdu. Bu dəfə baş tutdu”.

Rejim rəhbərlərinin bu sanksiyalardan heç bir əziyyət çəkmədiklərini qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün bu sanksiyalardan qismən sadə xalq ziyan görür, amma onların da zamanla bu məhdudiyyətlərə uyğunlaşdığı görünür:

Rusiyanın Ukrayna işğalına başlaması səbəbilə tətbiq edilən sanksiyaların ciddi nəticəsinin olmadığı bir durumda Aleksey Navalnının ölümünə görə Qərbin edəcəyi təzyiqin nə olmasından asılı olmayaraq hansısa nəticəsi olacağını fikirləşmək doğru olmazdı. Rusiya hakimiyyəti Navalnını ilk dəfə deyildi ki, öldürmək istəyirdi. İlk dəfə uğursuz olmuşdu. Bu dəfə baş tutdu. Həm də, bu kimi hadisələr dəfələrlə təkrarlanır. Rusiya rejimi üçün belə işlər adi haldır. Qərbin isə belə rejimlərə təzyiq etməsinin tək yolu sanksiyalar tətbiq etməkdir. Sanksiyanın da tətbiq etməyin nə effekt verdiyi hamıya bəllidir.

Belə ölkələr hər şeyi gözə alıb etdiklərini edirlər. Rejim rəhbərləri bu sanksiyalardan heç bir əziyyət çəkmir. Qismən sadə xalq ziyan görür, amma onların da zamanla bu məhdudiyyətlərə uyğunlaşdığı görünür. Rejimlər bu təzyiq yollarını ideolojiləşdirib əks effekt yaratmağa başlayırlar. Bu addımları özlərinə olan təzyiqdən çıxarıb dövlətə, xalqa olan təzyiq halına çevirirlər. Bu da Rusiya kimi dövlətlərdə işləyir. Onsuz da məhdudiyyətlər içərisində yaşayan xalq buna da öyrəşir.

Hesab edirəm ki, buna baxmayaraq təzyiqlər olmalıdır. Nə qədər də effektli olmasa da, Kreml rejiminin zəiflədilməsi üçün atılmış hər bir addım onu gələcək belə addımlardan qismən çəkindirir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar