Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya görə fikir ayrılığına düşən Almaniya…

Müharibənin ildönümündə keçirilən nümayişlər Almaniyada Ukrayna ilə bağlı ciddi fikir ayrılığını göstərdi…

Almaniyada həftəsonu təkcə Ukraynaya dəstək üçün kütləvi aksiyalar deyil, həm də hərbi yardımların dayandırılmasının tərəfdarı olanların heç də az olmayan kütləvi aksiyaları olub. Berlində Kiyevə hərbi yardımın tərəfdarları və əleyhdarlarının ən böyük aksiyasına 10 mindən çox insan toplaşıb.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, hərbi yardım tərəfdarlarının əsas aksiyaları fevralın 24-də 10 mindən çox insanın Brandenburq darvazasının qarşısındakı meydana toplaşdığı Berlində və aralarında 20 min nəfərə yaxın insan zənciri olan Osnabrück və Münster şəhərlərində baş tutub.

Berlində, Brandenburq Qapısı yaxınlığında Rusiya səfirliyi ilə üzbəüz meydanda vurulmuş bir rus tankı qgətirilmişdi və tankın lüləsi birbaşa diplomatik nümayəndəliyə doğru yerləşdirilmişdi. Berlin polisi bildirib ki, Rusiya səfirliyinə atılan bir yumurta istisna olmaqla, səfirliyə qarşıheç bir insident baş verməyib.

“Biz heç vaxt unutmayacağıq” şüarı ilə keçirilən nümayişdə iştirakçılar “Rusiya terrorçu dövlətdir”, “Ukraynaya azadlıq”, “Müharibəyə son” şüarları səsləndiriblər.

Həmin gün Almaniyanın paytaxtında 13 nümayiş keçirilib - on biri ukraynapərəst, biri Kiyevə silah verilməsinə qarşı, biri isə sülh üçün. Metropoliten polisi bildirib ki, Brandenburq qapısındakı aksiyadan başqa onların hamısı kiçik olub.

Hamburq, Köln, Frankfurt-Mayndə, Münhen və Drezden kimi bir çox şəhərlərdə də Ukraynaya dəstək üçün çoxsaylı aksiyalar keçirilib. Bir çox Ukraynayönlü nümayişlərdə yerli hakimiyyət nümayəndələri, o cümlədən şəhər merləri də iştirak edib.

Fevralın 24-də Ukraynaya hərbi yardımın əleyhdarları o qədər də fəal deyildilər. Berlindəki kiçik aksiyadan əlavə, Almaniya mediası diqqəti 200-ə yaxın adamı bir araya gətirən Rusiyanın Hamburqdakı Baş Konsulluğu qarşısında “Müharibəni dayandırın!” aksiyasına çəkib. Drezdendə bir neçə yüz iştirakçı aksiya toplayıb, onun təşkilatçılarından biri də “Almaniya üçün Alternativlər” (AfD) Partiyası olub. Mitinqdə Almaniya federal hökumətinə qarşı müharibəni qızışdırmaqda ittihamlar səsləndirilib və Ukraynaya silah yardımının dayandırılması tələb edilib.

Silah yardımı əleyhdarlarının əsas aksiyası şənbə günü Qələbə Kollonnası ilə Brandenburq qapısı arasında baş tutub. Berlin polisinin məlumatına görə, “sülh” mitinqində 13 minə yaxın adam iştirak edib, amma təşkilatçılar onların sayını 50 min nəfər iddia ediblər. Nümayişçilər “Silah tədarükü əvəzinə diplomatiya”, “Mənim müharibəm deyil, mənim hökumətim deyil”, “Milyardlar sosial və iqlim xərcləri üçün, yenidən silahlanma və müharibə üçün deyil” şüarlarından istifadə ediblər.

Nümayiş hər iki siyasi cinahın nümayəndələrini bir araya toplayıb - onu Sol Partiyanın parlament fraksiyasının lideri Sara Vaqenknext və feminist Alisa Şvartser təşkil edib, lakin ifrat sağçı qüvvələrin tərəfdarları, o cümlədən AfD təmsilçiləri də iştirak ediblər. Tədbirlərdə, xüsusən də partiyanın Saksoniyadakı sədri Yorq Urban iştirak edib.

Mitinqdə sağçıların iştirakı bir çox nümayişçi tərəfindən şübhə ilə qarşılanıb. Sağçı “Compact” jurnalının baş redaktoru Yurgen Elsesser və onun bir qrup tərəfdarı etirazçılar tərəfindən mitinqdən qovulub. Əks halda, hakimiyyət potensial təxribatlara hazırlaşsa da, asayişi təmin etmək üçün mindən çox polis cəlb etsə də, bu aksiya da dinc keçib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Ən çox oxunanalar