Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın iki şəhərində müvəqqəti atəşkəs elan olunub - Yenilənib

Ukrayna Prezident Ofisi ölkənin Mariupol və Volnovaxi şəhərlərində müvəqqəti atəşkəsin elan olunması və humanitar dəhlizlərin açılması barədə məlumat yayıb.

“Report”un xəbərinə görə, ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda bununla bağlı işlər görülür.

“Mariupol və Volnovaxidə humanitar dəhlizlərin açılmasına hazırlıq görülür. Tərəflər dəhlzilər olan yerdə müvəqqəti atəşkəs elan edib”, - o söyləyib. 

Mariupol şəhərinin meri Vadim Boyçenko da məlumatı təsdiqləyib.

Bildirilib ki, bu addım şəhərin mühüm infrastrukturunun - elektrik enerjisi, su və mobil rabitənin bərpasına başlamağa imkan verəcək. Həmçinin Mariupolu zəruri ərzaq və dərmanlarla təmin etmək mümkün olacaq. 

Əhalinin təxliyəsi üç məntəqə üzrə bələdiyyə avtobusları ilə həyata keçiriləcək.

10:29
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məqsəd Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün şərait yaratmaqdır.

“Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin çıxması üçün bu gün, martın 5-də saat 10-dan sükut rejimi elan olunur və humanitar dəhliz açılır”, - nazirlikdən bildirilib.

Məlumata görə, humanitar dəhliz və marşrut Ukrayna tərəfi ilə razılaşdırılıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə bildirib ki, Ukrayna hələ də humanitar dəhlizlərin təhlükəsizliyinə dair zəmanət almyıb. “Yalnız onların təhlükəsizliyi barədə zəmanət aldıqdan sonra humanitar dəhlizlər yaradıla bilər. Danışıqlar aparılır. Lakin təəssüf ki, biz hələ də Rusiya qoşunlarının atəş açmayacağı barədə konkret cavab almamışıq”.

Onun sözlərinə görə, Donbassda, Axtırkada vəziyyət kifayət qədər mürəkkəbdir. Həmçinin Mariupolda da durum kifayət qədər gərgindir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar