Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada Luqansk separatçıları arasında qarşıdurma yaranıb


Noyabrın 20-də Ukraynadakı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskiy daxili işlər naziri İqor Korneti vəzifəsindən azad edib


PİA.AZ xəbər verir ki, buna səbəb İ. Kornet barədə detalları açıqlanmayan cinayət işinin başlanması olub.
 
Bu gün isə Daxili İşlər Nazirliyinin binası zirehli maşınlar, avtomat və qumbaraatanlarla silahlanmış əsgərlər tərəfindən mühasirəyə alınıb. Onların İ. Plotnitskiyə loyal hərbçilər olduğu bildirilir. Luqansk şəhərinə Donetskdən hərbçilərin olduğu üç “Ural” maşını da gəlib.
 
İ. Kornet yaydığı bəyanatda Ukrayna xüsusi xidmət orqanları və “Luqansk Xalq Respublikası”nın  təhlükəsizlik orqanının rəhbəri Anastasiya Şurkayevanın baş verənlərin arxasında olduğunu bildirib. Onun sözlərinə görə, “Luqansk Xalq Respublikası”nın administrasiyasının rəhbəri İrina Teytsman və “Daxili İşlər Nazirliyi”nin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Yevgeni Seliverstovun 2016-cı ilin sentyabrında “Luqansk Xalq Respublikası”nda dövlət çevrilişi cəhdində iştirak etdikləri üzə çıxıb: “Nəticədə sabiq baş nazir və mənim döyüş yoldaşım Gennadi Tsıpkalov öldürülüb, Xalq Milisi İdarəsinin komandir müavini Vitaliy Kiselyov uzunmüddətli həbsə məhkum edilib”.
 
İ. Plotnitskiy isə İ. Korneti istefaya göndərməklə düzgün addım atdığını söyləyərək hadisələrə görə sabiq naziri günahlandırıb. O, kadr dəyişikliklərinin davam edəcəyini vurğulayıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar