Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna XİN rəhbəri Rusiya ilə danışıqların şərtini açıqlayıb

Ukrayna Rusiya ilə danışıqlara vasitəçinin köməyilə başlamağa hazırdır, lakin əvvəlcə rus qoşunları ölkə ərazisindən çıxarılmalıdır...

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib.

“Rusların Ukraynadan getməyə hazır olması şərti ilə üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar mümkündür. Buna müharibə və diplomatiyanın tandemi ilə nail olmaq olar.

Müharibə məsələsi ilə ordu generallarımız məşğuldur, onların vəzifəsi rusları geri çəkilməyə məcbur etmək və döyüşməkdənsə danışmağın daha yaxşı yol olduğunu ruslara başa salmaqdır. Mümkün olduğu zaman mən diplomatiya və dialoq tərəfi ilə məşğul olacağam”, - deyə XİN rəhbəri bildirib.

Kuleba onu da əlavə edib ki, Ukrayna Rusiyanın verdiyi sözlərə inanmır və heç bir ağlı başında olan insan bu sözlərə inanmaz.

Rusiya ordusu Ukraynadan çıxmamışdan qabaq əmin olmaq istəyirik ki, onlar ciddi şəkildə bu addımı atır, saxtakarlıq etmirlər, yenidən qayıdıb hücum etməyəcəklər”, - Kuleba qeyd edib.

XİN başçısı vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə bir masa arxasında heç vaxt oturmayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ən çox oxunanalar