Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalıya ilk qayıdan sakin: Dörd nəfərlə çıxmışdıq, on nəfərlə geri dönmüşük

Xocalıdan 4 nəfərlik ailə üzvü ilə çıxmışdıq, indi, çox şükür, 10 nəfərlə geri dönmüşük. Bu, həm də o deməkdir ki, düşmən Xocalıda bizi nə qədər məhv etmiş olsa da, biz daha da böyüyür və çoxalırıq...

Bunu "Report"un Qarabağ bürosuna Xocalıya ilk köçən sakinlərdən olan Zülfü Muradov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı tarixi anlara şahidlik etdi.

"Torpaqlarımız işğaldan azad olunduqca Allaha dua edirdim ki, cənab Prezidentə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı üz-üzə deməyi mənə nəsib etsin. Çox şükür ki, bu arzuma çatdım. Ölkə rəhbərinə təşəkkürümü məhz Xocalıda, öz evimdə bildirdim. Mənim üçün bundan gözəl nə ola bilər?! Mən cənab Prezidentlə görüşəndə bir daha şahidi oldum ki, o necə sadə bir insandır, vətəndaşla necə xoş və səmimi ünsiyyət yaradır! Ölkə başçısı ilə söhbət etdikcə adam sadəcə fərəh və qürur hissi yaşayır. Bu günlərin şahidi olduğum üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm", - Xocalı sakini qeyd edib.

Zülfü Muradov və ailəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin təcavüzü nəticəsində Xocalını məcburi şəkildə tərk edib.

"Məcburi köçkün düşündüyümüz gündən Naftalan, daha sonra isə başqa-başqa bölgələrdə məskunlaşmalı olduq. Artıq 32 ildən də bir qədər çox vaxt keçib. Bu gün mənim həyatımın ən xoşbəxt günüdür. 32 ildən sonra öz evimdəyəm. Bu, mənim 1986-cı ildə tikdirdiyim evdir. Gənclik yaşlarımda tikib, ancaq içərisində doyunca yata bilmədiyim, acı göz yaşları ilə tərk etməyə məcbur olduğum evimdə indi rahat yaşayıram", - deyə o vurğulayıb.

Poliqon.info


Etiket: Xocalı Sakin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar