Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna səfirliyi Gürcüstan DTX-nin bəyanatına münasibət bildirib

Ukraynanın Gürcüstandakı səfirliyi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatına münasibət bildirib...

 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Ukrayna səfirliyi Gürcüstan tərəfinin məsələni siyasiləşdirməyəcəyinə ümid etdiyini bəyan edib.

Qeyd olunub ki, diplomatik nümayəndəlik Gürcüstan DTX-nin Ukrayna vətəndaşlarının Gürcüstan ərazisi ilə Rusiyaya partlayıcı vasitələr aparmağa çalışmasına dair məlumatları yoxlayır. Səfirlik, həmçinin obyektiv və tərəfsiz araşdırmanın təmin edilməsi məqsədilə Gürcüstanın aidiyyəti orqanları ilə əməkdaşlığa hazırlığını ifadə edib.

Qeyd edək ki, Gürcüstan DTX ötən gün Rusiyaya keçirilməsi planlaşdırılan 14 kiloqram partlayıcı vasitənin ələ keçirildiyini bəyan edib. Məlumata görə, yanvarın 19-da Odessadan yola çıxmış yük Rumıniya, Bolqarıstan və Türkiyədən keçərək Gürcüstana daxil olub. C-4 tipli partlayıcı vasitənin Rusiyanın Voronej şəhərinə çatdırılmalı olduğu bildirilib. Gürcüstan DTX prosesdə iştirak edən 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşının müəyyən edildiyini bəyan edib.

Prosesin təşkilatçısının isə əslən Batumidən olan, 2020-ci ildə Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasından Odessa Radasının Kiyev üzrə deputatlığa namizədi, Ukrayna vətəndaşı Andrey Şaraşenidze olduğu bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar