Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukrayna-Rusiya müharibəsi açıq şəkildə üçüncü dünya müharibəsidir” - Politoloq

Co Baydenin Varşavadakı çıxışında Rusiyaya qarşı ağır və çox ciddi ittihamlar var idi...

Politoloq: “Bu il biz Rusiya-Qərb müharibəsini biz daha yeni və genişmiqyaslı mərhələsini müşahidə edəcəyik”.

“Hesab edirəm ki, çox tez zamanda döyüş əməliyyatları teatrında olan qarşıdurma başa çatmayacaq. Ukrayna-Rusiya müharibəsi uzunmüddətli müharibəyə oxşayır”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı səsləndirdiyi ittihamları Poliqon.info-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Co Bayden Varşavadakı çıxışında Rusiyaya qarşı ağır və çox ciddi ittihamlar səsləndirdi. Bu ittihamlar nədən xəbər verir və sizcə Baydenin dünənki çıxışından sonra Ukrayna üzərindən hazırda Qərb-Rusiya qarşıdurması hansı mərhələyə qədəm qoydu?

Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsini Poliqon.info-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “ABŞ-ın 46-cı prezidenti Co Bayden Ukraynaya və Polşada səfərlər etdi. Bu səfər çərçivəsində də Bayden çox ağır ittihamlar söylədi”.

Nüvə təhdidi ilə bağlı olan fikirlərin getdikcə geniş vüsət almasına nəzər yetirən politoloq bildirib ki, bu da planetin təhlükədə olmasından xəbər verir:

“Artıq Rusiya-Ukrayna müharibəsinin bir ili arxada qalır. Bu bir il ərzində biz çox maraqlı hadisələrə şahidlik etdik. Dünyada qlobal iqtisadiyyatın zərər görməsinə, Rusiya ordusunun irəliləməsinə, sonra geri çəkilməsinə, dörd ərazinin birləşdirilməsi istiqamətinə keçirilən referenduma, Ukrayna ordusunun irəliləyişinə və siyasi-diplomatik görüşlərin heç bir nəticə verməməsinə şahidlik etdik.

Bütün bunların baş verməsi fonunda ABŞ-ın 46-cı prezidenti Co Bayden Ukraynaya və Polşada səfərlər etdi. Bu səfər çərçivəsində də Bayden çox ağır ittihamlar söylədi. Artıq görünür ki, Rusiya-Qərb konflikti çox ciddi məqama qədəm qoyub. Rusiya prezidenti Vladimir Putin də Federal Məclisdə çıxışında Qərbi ittiham etdi, Ukraynadakı rejimi günahlandırdı. Putin müharibənin dayanmayacağı barədə də müəyyən fikirlər ortaya qoydu. Eyni zamanda nüvə təhdidi ilə bağlı olan fikirlər getdikcə geniş vüsət alır. Bu da planetin təhlükədə olmasından xəbər verir.

İlyas Hüseynov: “Bu müharibənin Rusiya-Qərb qarşıdurma olması artıq heç kəsdə şübhə doğurmur”.

Düşünürəm ki, Ukrayna-Rusiya müharibəsi açıq şəkildə üçüncü dünya müharibəsidir. Artıq bu müharibənin adını xüsusi əməliyyat, taktiki operativ tapşırıqların yerinə yetirilməsi qoymaq mümkün deyil. Bu açıq müharibədir və Ukrayna ərazisində gedir və bu müharibənin Rusiya-Qərb qarşıdurma olması artıq heç kəsdə şübhə doğurmur.

Düşünürəm ki, bu il biz Rusiya-Qərb müharibəsini biz daha yeni və genişmiqyaslı mərhələsini müşahidə edəcəyik. Ukraynaya verilən silah-sursatların miqyası, texnika və texnologiyaların genişliyi bunu deməyə əsas verir. Rusiya da bir neçə nöqtədə çox ciddi insan resursları səfərbər edib və texnikalar toplayır. Bu da müharibənin gedişində dönüş nöqtəsi yaratmaq üçün tərəflərin istəklərini göz önünə gətirir.

Hesab edirəm ki, çox tez zamanda döyüş əməliyyatları teatrında olan qarşıdurma başa çatmayacaq. Ukrayna-Rusiya müharibəsi uzunmüddətli müharibəyə oxşayır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

Ən çox oxunanalar