Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Qara dənizdə Rusiyanın hərbi desant gəmisini vurub

Ukrayna Silahlı Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub...

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 14-də səhər saatlarında olub.

Rusiya Müdafiə Nazirliyi isə Belqorodda iki, Voronejdə bir, Qara dənizdə isə Ukraynanın altı PUA-sını məhv etdiklərinə dair məlumat yayıb.

Qeyd olunub ki, Krımda partlayışlar Alupka yaxınlığında altı saatdan sonra başlayıb. Yerli sakinlər iddia ediblər ki, gəmidə həyəcan siqnalı verilib, bundan sonra partlayış başlayıb, ərazidən qatı tüstü yayılıb. Dənizdə tüstülənmə ilə bağlı müvafiq görüntülər internetdə yayılıb.

“Sezar Kunikov” gəmisi 1986-cı il sentyabrın 30-da istismara buraxılıb, Polşanın Qdansk şəhərində tikilib. Gəminin uzunluğu 112,5 m, eni 15 m. 2 dizel mühərriki, 2X 10500 at gücündə, heyət üzvlərinin sayı 87 nəfərdir.

Gəmi Novoozernoye şəhərində yerləşən Dəniz Desant Qüvvələrinin 39-cu diviziyasının 197-ci desant gəmiləri briqadasına daxil edilib. Bəzi mənbələrə görə, 1989-cu il mayın 10-da, digərlərinə əsasən, 1991-ci ildə Sovet İttifaqı Qəhrəmanı Sezar Lvoviç Kunikovun şərəfinə adlanıb. O, 1943-cü il fevralın 14-də ikinci dünya müharibəsində həlak olub. “Sezar Kunikov” 2008-ci ilin avqustun 10-da gəmi Gürcüstanda gedən müharibə zamanı Qara dəniz donanmasının döyüşlərində iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar