Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna partizanları – Onlar rus ordusuna ağır zərbələr vururlar...

Ukrayna partizanlarının keçirdikləri əməliyyatlar arasında kiçik hücumlardan tutmuş döyüş sursatı ilə dolu gəminin məhv edilməsi kimi daha böyük əməliyyatlar var...

İstər kişi, istərsə də də qadın olan ukraynalı partizanlar körpüləri dağıtmaq, təchizat maşınlarını təxribat etmək, ruslarla əməkdaşlıq edən kolobrantları öldürmək və ukraynalı hava qüvvələri üçün hədəflər qoymaq kimi müxtəlif fəaliyyətlərlə məşğul olurlar.

Poliqon xəbər verir ki, gizli fəaliyyət göstərən Ukrayna partizanları The Times nəşrinə bəzi əməliyyatlarını açıqlamağa razı olublar.

Nəşr yazır ki, Ukrayna partizanları daim Rusiya xüsusi xidmət orqanları tərəfindən sıxışdırılırlar. Bununla belə, əsas hücumdan əvvəl onlar öz sıralarına daha çox üzv cəlb etmək üçün çalışırlar.

The Times-a danışan “Xonta” kod adı ilə tanınan partizan Ukrayna qoşunlarına əks-hücumda dəstək vermək üçün düşmənə maksimum ziyan vurmağın vacibliyini vurğulayıb. Onun iştirak etdiyi əməliyyatlardan biri isə Krımda dəmir yolu qovşağının partladılması, yarımadanın Rusiya ilə dəmir yolu əlaqəsinin kəsilməsi olub.

Nəşr yazır ki, partizanlar öz əməliyyatlarını diqqətlə planlaşdırır, çox vaxt hazırlıq üçün aylar sərf edirlər. Əvvəllər Rusiya ordusunda təlim keçmiş Dmitri könüllü olaraq Ukrayna hərbi kəşfiyyatı QUR-un iki tərəfli agenti olub. O, QUR-a Rusiya bazasının koordinatlarını uğurla verib və nəticədə təxminən 60-100 əsgərin ölümünə səbəb olan raket zərbəsi ilə həmin baza dağıdılıb.

Dmitri hücumdan sağ çıxsa da yaralanıb və müalicə aldığı Rusiya səhra qospitalından QUR-la əlaqə saxlayıb.

The Times qeyd edir ki, Dmitri də daxil olmaqla partizanlar öz işlərində böyük risklərlə üzləşirlər, lakin onlar rus işğalçılarına qarşı vuruşmağa və ölkələrini azad etməyə həvəslidirlər. Onlar gizli şəkildə fəaliyyət göstərir, ünsiyyət qurmaq üçün şifrəli mesajlaşma üsulalrından istifadə edir və şübhəli Rusiya nəzarət məntəqələrindən yayınırlar.

Ukrayna partizanlarının keçirdikləri əməliyyatlar arasında kiçik hücumlardan tutmuş döyüş sursatı ilə dolu gəminin məhv edilməsi kimi daha böyük əməliyyatlar var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar