Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hansı əks-hücum strategiyası seçməlidir: Birbaşa hücum, yoxsa tükətmə?

Əgər Ukrayna bahalı və qanlı birbaşa hücumlardan yayınmaq istəyirsə, o zaman onun Rusiya ordusunu mümkün qədər yormaqdan başqa çarəsi yoxdur...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Economist qəzetinin məqaləsində bildiirilir. Nəşr qeyd edir ki, Ukrayna öz üstünlüklərindən uzaqmənzilli dəqiq silahlarda və çoxsaylı Qərb kəşfiyyatından istifadə etməlidir.

Optimistlər döyüş meydanında Ukraynanın xeyrinə olan üç amili görürlər. Birincisi, Rusiyanın əks hücumundan qorxmaq lazım deyil. Britaniyanın Mİ-6-nın rəhbəri Riçard Mur bu yaxınlarda bildirib ki, Rusiya Silahlı Qüvvələri çətin ki, güclənsin.

İkincisi, Rusiyanın geri çəkilməkdənsə müdafiə olunmaq qərarı arxada az sayda mobil ehtiyat buraxdı. Bu, Priqojinin üsyanından sonra aydın oldu.

Əgər Ukrayna Zaporojyedə birbaşa hücumlara yox, daha hiyləgər manevrlərdən istifadə etsəydi, o zaman daha sürətlə irəliləyə bilərdi. Hazırda isə Ukraynanın Azov dənizinə çatmaq şansları azalıb və bunu bəzi Ukrayna rəsmiləri də etiraf edirlər.

Üçüncüsü, Ukrayna tədricən Rusiyanın döyüş gücünü sarsıdır. İyulun 11-də rus generalı Oleq Çokov Berdyanskda öldürülüb. Bu, Ukraynanın komanda məntəqələrinə uğurlu zərbələr endirdiyini deməyə əsas verir.

Kiyev Krımdakı sursat anbarlarını məhv etmək üçün “Storm Shadow” raketlərindən istifadə edir. Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə görə, belə hadisələrdən biri zamanı 2500 ton mərmi məhv edilib.

Amma bəzi ekspertlər hesab edir ki, bu cür zərbələr çətin ki, Rusiyanı sarsıtsın və tükətsin. Cənubda Rusiya Ukrayna mövqelərinə çoxlu raketlər atır, döyüş meydanında isə yaxşı kəşfiyyat imkanlarına malikdir.

The Economist yazır ki, Ukraynanın ilk uğursuz cəhdlərindən sonra münaqişə tükənmə xarakteri alıb. Bu cür münaqişələr kilometrlərlə deyil, itkilərin dinamikası və hər bir ordunun hərəkətlərinin ahəngdarlığı ilə ölçülür. Qəzet yazır ki, Ukrayna əsgərləri vətənlərini işğaldan azad etmək üçün həvəslidirlər və yayın sonuna qədər irəliləmək üçün kaset sursatlara malikdirlər.

The Economist qeyd edir ki, Rusiya ordusu müdafiədə özünü rahat hiss edir və yeni istehkamların tikintisinə vaxt sərf edəcək.

Bəzi ABŞAvropa hərbi rəsmiləri hesab edir ki, Ukrayna rəhbərliyi yeni briqadaları ilə zərbələr endirərkən həddindən artıq ehtiyatlı davranır. Lakin ukraynalı komandirlər NATO generallarının heç vaxt yaşamadığı şəraitdə əsgərlərini riskə atmaq istəmirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar