“Köhlən atlar” saat 11:00-da Bakıya çatıblar...
UEFA Konfrans Liqasının Belçikadakı cavab oyununda “Gent”ə məğlub olan “Qarabağ” komandası Vətənə qayıdıb.
“Report”un məlumatına görə, çarter reysi ilə Ostend hava limanından yola düşən “köhlən atlar” saat 11:00-da Bakıya çatıblar.
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:0 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında “Gent” “Qarabağ”ı üstələyib - 5:3.
Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibini məğlub etmişdi - 1:0.
Poliqon.info