Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucuz enerjiyə doğru

ABŞ hökuməti 2030-cu ilə kimi günəş enerjisinin bir kilovatının qiymətini orta hesabla 2 sentə endirmək niyyətindədir. Əvvəlki planda hədəf 3 sent idi. İndi hökumət hesab edir ki, 3 sent hədəfinə 5 il tez – 2025-ci ildə çatacaq.

Hazırda ABŞ-da günəş enerjisinin bir kilovatı əvvəl gözləndiyi kimi 6 sentə yox, 4,6 sentə başa gəlir. Bu, orta göstəricidir. Məsələn, 2030-cu ilə Kaliforniya ştatı üçün 1,6 sent, Vaşinqton ştatı üçün 2,6 sent hədəfi qoyulub.

Göründüyü kimi, 2030-cu ildə ABŞ-da günəş enerjisinin maya dəyəri bizim pulla 3,4 qəpik olacaq. Azərbaycanda elektrik enerjisinin kilovatı 7-11 satılır və gələcəkdə qiymət artımı istisna olunmur. Dünya isə bərpa olunan enerjiyə tam keçid yoluna çıxıb. 2019-cu ildə günəş və küləyin ümumi enerji mənbələrində payı 8,15% olub. 600-dən çox şəhər bərpa olunan enerjiyə keçid öhdəliyi götürüb. Təkcə 2020-ci ildə bu prosesə 260 şəhər qoşulub.

Bərpa olunan enerjiyə keçid tempinin getdikcə sürətlənməsi diqqət çəkir. Maya dəyəri isə ucuzlaşır. İnsanlar enerji tələbatını avtonom şəkildə quraraq artıq enerjini dövlətə satmaq imkanı qazanırlar. Məsələn, Almaniyada 300 min evdə alternativ enerji qurğusu quraşdırılıb və onların sayı getdikcə artır. Günəşli Azərbaycanda və küləkli Bakıda isə belə təşəbbüslər hələ ləng gedir.

Samir Əliyev - İqtisadçı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar