Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç həftədə 3195 uşaq ölümü - Qəzzada öldürülən uşaqların sayı rekord səviyyəyə çatıb...

Qəzzada öldürülən uşaqların sayı bir il ərzində dünyada gedən müharibələrdə öldürülən uşaqların sayından çoxdur...

Poliqon xəvbər verir ki, “Save the Children” beynəlxalq xeyriyyə təşkilatının məlumatına görə, üç həftəlik müharibə zamanı Qəzza zolağında öldürülən uşaqların sayı 3195 nəfər olub.

Təşkilat qeyd edir ki, bu, 2019-2022-ci illər arasında bir il ərzində dünya üzrə müharibələrdə həlak olan uşaqların sayından çoxdur. Söhbət 20-dən çox ölkədə silahlı münaqişələrdən gedir.

Bundan başqa 33 uşaq İordan çayının qərb sahilində, 29-u isə İsraildə öldürülüb. Ölən uşaqların ümumi sayı 3195 nəfərdir. Qəzzada 1000-ə yaxın uşaq itkin düşdüyündən bu sayın artacağı gözlənilir.

Qəzzada ən azı 6360, İordan çayının qərb sahilində 180, İsraildə isə 74 uşaq yaralanıb. Qəzza zolağında 200-dən çox insan, o cümlədən uşaqlar girov olaraq qalır.

“Save the Children” bildirir ki, uşaqların xəsarətdən ölmə riski həmişəkindən daha yüksəkdir.

BMT-nin məlumatına görə, Qəzza zolağında xəstəxanaların üçdə biri elektrik enerjisi çatışmazlığı və İsrailin tam blokadası səbəbindən işləmir. Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, uşaqların anesteziyasız əzalarını amputasiya etməlidirlər.

“Save the Children” hesab edir ki, İsrailin quru əməliyyatının genişləndirilməsi itkilərin, o cümlədən uşaqlar arasında da artıma səbəb olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Ən çox oxunanalar