Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Twitter” şəbəkəsinin auditoriyası azalıb - Statistika

“Twitter” mikrobloqlar servisi maliyyə hesabatını dərc edib

AZƏRTAC xəbər verir ki, ötən ilin son rübündə şirkətin xalis mənfəəti 255 milyon dollar təşkil edib. Bir il əvvəl isə bu göstərici 91 milyon dollara bərabər olub. Tarixdə ilk dəfə olaraq ilin bütün dörd rübü şirkət üçün itkisiz olub. 2018-ci ildə şirkətin mənfəəti 2017-ci ildəki 863 milyon dollardan 1,2 milyard dollaradək artıb.

Ötən ilin dördüncü rübündə “Twitter” sosial şəbəkəsinin mədaxili 909 milyon dollar olub. Bu göstərici 2017-ci ilin analoji dövrünün yekunlarına görə, 732 milyon dollar təşkil edib, halbuki analitiklər tərəfindən 866,7 milyon dollar səviyyəsində satış həcmi proqnozlaşdırılırdı. Reklam mədaxili 23 faiz artaraq 791 milyon dollara çatıb.

Keçən ilin yekunları üzrə şirkətin mədaxili 3 milyard dolları ötərək ötənilki göstəricini 25 faiz üstələyib. Şirkətin ümumi xərcləri 8 faiz artaraq 2,6 milyard dollara yüksəlib. “Twitter” xərc artımını kontent təhlükəsizliyinin gücləndirilməsi ilə izah edir.

Şəbəkənin işçi heyətinin sayı illik hesablamada 16 faiz (təxminən 550 nəfər) artıb və 3900 əməkdaşı ötüb.

2018-ci ilin dekabrında 321 milyon istifadəçi ayda azı bir dəfə “Twitter” servisinə daxil olub ki, bu da 3 ay əvvəldən 5 faiz azdır. Auditoriyanın azalması əsasən siyasi məqsədlər üçün istifadə edilən və Avropanın tənzimləyici orqanlarının tələblərinə cavab verməyən saxta hesabların ləğv edilməsi nəticəsində baş verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar