Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyədə oxumaq cinayətdir?“


Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev adının nurçuluqda hallanması barədə yayılan məlumatlara münasibət bildirib.


N.Həmzəyev nurçu olması barədə yazılanları cəfəngiyat adlandırıb: “Nurçuluqla bağlı mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar. Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər Türkiyədə oxumaq cinayətdir?
 
Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam, işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm”.
 
 
N.Həmzəyev mətbuatda onun Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovla münasibətləri olması məsələsinə də toxunub: “Mən Elnur Aslanovu tanımıram, onunla heç bir əlaqəm olmayıb, onunla görüşməmişəm. Cənab Prezident mənə YAP-da bu boyda vəzifəni etibar edib. Mən heç zaman onun  etimadına görə hər hansı hərəkətə yol vermərəm. Bu cür məlumatları yayan adamlara da demək istəyirəm ki, YAP-a  qara yaxmaq mümkün deyil.
 
 
Dövlətini, Vətənini sevən adam bu cür hərəkətlər etməz. Bu məlumatı yayanlar da dövləti sevməyən şəxslərdir. Boş-boş yazırlar, adam oxuyanda da gülməyi gəlir. Kimdirsə, sifarişli yazır. Bunlar dövlətimizi nə hesab edir? Bu dövlət elə-belə dövlətdirmi? Mən hər zaman da xaricdə dövlətimizi təmsil etmişəm. Mən bu cür yazılara da əhəmiyyət vermirəm. Allaha şükrlər olsun ki, güclü dövlətimiz var. Allah cənab Prezidentimizin də canını sağ etsin”.

 (publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar