Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə doğulan azərbaycanlıya sənəd verilmir - Müraciət

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir

“Təxminən 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günədək oğlum Təbrizə doğum haqqında Şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən, bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, "ASAN xidmət"ə müraciət edirik. Lakin sənədimiz düzəlmir”.

Kərim Əsgəri bildirib ki, uşağın Bakıya gətirilməsi tələb olunur:

“İnsafsızlar əl boyda uşağı Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm: hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və bu isdi havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs, konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac susuz mənimlə qalır”.

Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.(cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar