Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə bələdiyyə seçkiləri... - İstanbul və Ankarda CHP-nin şansları...

Martın 31-də Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır...

Politoloq: “Ciddi dəyişiklik gözlənilməsə də, ən azı bir iri şəhərin yenidən AKP-nin idarəsinə keçəcəyi mütləq olacaq deyə düşünürəm”.

“AKP iri şəhərlərdəki məğlubiyyətdən nəticə çıxarıb və bu dəfə seçkiyə daha yaxşı namizədlərlə gedirlər”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyədə keçirilməsi gözlənilən bələdiyyə seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi martın 31-də Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Seçkilərə hakim AKP monolit halda getsə də, əsas müxalifət son Prezident seçkisindən sonra demək olar ki, dağınıq halda gedir. CHP, İYİ Partiya və digər siyasi partiyaların daxilində böhran yaşandığı bildirilir.

Türkiyədəki bələdiyyə seçkilərində hansı partiyanın şansı daha çox olacaq? Xüsusən, İstanbul və Ankarda CHP-nin şanslarını necə dəyərləndirmək olar?

Türkiyə bələdiyyə seçkilərinin mümkün nəticələrini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bu dəfə AKP-nin İstanbulda qalib gələcəyini hesab edirəm. Çünki indiki bələdiyyə başçısı Əkrəm İmamoğlunun fəaliyyətində bir çox narazılıqlar olduğu görünürdü”.

CHP-nin həmişə dənizkənarı şəhərlərdə daha aktiv olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Mərkəzivilayətlərdə və digər ərazilərdə isə həmişə AKP olub:

“Türkiyədə bələdiyyə seçkilərinə olan diqqət demək olar ki, seçkilər arasında xalqın nəbzini yoxlamaq üçün aktual seçkilərdir. Bundan başqa Türkiyədə bələdiyyələr böyük səlahiyyətlərə sahibdir və bu baxımdan milyonlarla əhalisi olan böyük şəhərlərdə bələiyyə hakimiyyətinə sahib olmaq bütün siyasi partiyaların hədəfidir.

Son prezident seçkilərində müxalif cəbhədə məğlubiyyətdən sonra parçalanma müşahidə edilməsi təbii haldır. AKP isə həmişəki kimi monolitliyini qoruyur. Hesab etmək olar ki, keçən bələdiyyə seçkilərində AKP iri şəhərlərdəki məğlubiyyətdən nəticə çıxarıb və bu dəfə seçkiyə daha yaxşı namizədlərlə gedirlər.

İstanbul və Ankaradakı seçkilər daha gərgin olacaq. Bu dəfə AKP-nin İstanbulda qalib gələcəyini hesab edirəm. Çünki indiki bələdiyyə başçısı Əkrəm İmamoğlunun fəaliyyətində bir çox narazılıqlar olduğu görünürdü. CHP həmişə dənizkənarı şəhərlərdə daha aktiv olub. Mərkəzi vilayətlərdə və digər ərazilərdə isə AKP bələdiyyələri olub.

Ciddi dəyişiklik gözlənilməsə də, ən azı bir iri şəhərin yenidən AKP-nin idarəsinə keçəcəyi mütləq olacaq deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar