Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya valyutalarının dəyər itirməsi Azərbaycan bazarına necə təsir edir?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri: “Real sektorun indiki həssas inkişaf dövründə Türkiyə və Rusiya valyutalarının dəyər itirməsi Azərbaycan mallarının ixracı üçün problemlər yarada bilər”

“Son bir ildə neftin qiymətlərində baş verən müsbət dəyişikliklər, qeyri-neft ixracının, tranzit yükdaşımaların həcminin durmadan artması, ölkəmizə turist axınının çoxalması valyuta gəlirlərinin həcminin əsaslı şəkildə çoxalmasına səbəb olub”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov dövriyyədə olan nəğd pul kütləsinin artmasını şərh edərkən PİA.AZ-aaçıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankdan verilən məlumata görə, bu ay Azərbaycanda pul kütləsinin kəskin artması müşaiyət olunub. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il avqustun 1-nə 7 987,6 mln. manat təşkil edib. Oktyabr 1-nə isə 8 milyard 871,5 milyon manat təşkil edib. Ekspertlər isə pul kütləsinin artmasını təbii hal hesab edirlər. Hesab edirlər ki, Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artım intervensiya xərclərinin dayandırılması ilə bağlıdır.

Bu amil manatın dəyərdən düşməsinə təsir edə bilərmi? Digər tərəfdən pul bazasının artması əhalinin istehlak gücünə necə təsir edə bilər və inflyasiyanın artması üçün səbəb yarada bilərmi? Həmçinin Türkiyədə və Rusiyada son günlər yenidən lirə və rubl öz dəyərini kəskin şəkildə itirməkdədir. Türkiyə və Rusiya valyutalarının dəyər itirməsi Azərbaycan bazarına necə təsir edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Respublikasının keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, profesor Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “Bizim qeyri-neft ixracımızın ən böyük bazarı Rusiyadır. Əgər qonşu ölkələrin milli valyutaları bundan sonra da ucuzlaşmaqda davam edəcəklərsə, bu halda biz milli valyutamızın məzənnəsində müəyyən yumşalmalara getməliyik”.

İndiki şəraitdə manatın məzənnəsi üçün ciddi təhlükənin olmadığını bildirən iqtisad elmləri doktoru Fikrət Yusifova görə, qonşu ölkələrin məzənnəsində ciddi zəifləmə olarsa, bu halda manatın məzənnəsinə müəyyən dərəcədə təsir edə bilər:

“Mərkəzi Bank tərəfindən pul bazasının artması iqtisadiyyatda canlanmanın bir əlaməti kimi dəyərləndirilməlidir. Bu baza əsasən milli valyutaya təziqlər çox olan dönəmlərdə daraldılır. Bu üsulla manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən tənzimlənməsi artıq adi bir hal alıb.

Son bir ildə neftin qiymətlərində baş verən müsbət dəyişikliklər, qeyri-neft ixracının, tranzit yükdaşımaların həcminin durmadan artması, ölkəmizə turist axınının çoxalması valyuta gəlirlərinin həcminin əsaslı şəkildə çoxalmasına səbəb olub. Manatın məzənnəsinin bu qədər sığortalandığı bir şəraitdə dövriyyədə onun kütləsini bir qədər artırmaq qorxulu deyil. Əksinə dövriyyədə milli valyutanın həcminin artırılması iqtisadi artımın təmin edilməsində əsaslı rol oynaya bilər.

İndiki durumda bir ay ərzində pul bazasının 553 milyon manat artması manatın məzənnəsinə təhlükə yarada bilməz. Bəs qonşu ölkələrdə milli valyutaların kəskin ucuzlaşması fonunda biz nə etməliyik? Bu artıq bir başqa mövzunun söhbətidir.

Bu vəziyyət uzun müddət davam edərsə və xüsusilə Türkiyə, Rusiyaİran milli valyutaları bundan sonra da dəyər itirməkdə davam edərlərsə, bu halda biz manatın məzənnəsinin bir qədər yumşalmasına getməliyik. Rusiya və Türkiyə ilə bizim ticarət dövriyyəmiz 5 milyard ABŞ dollarına yaxın bir səviyyədədir.

Bizim qeyri-neft ixracımızın ən böyük bazarı Rusiyadır. Əgər qonşu ölkələrin milli valyutaları bundan sonra da ucuzlaşmaqda davam edəcəklərsə, bu halda biz milli valyutamızın məzənnəsində müəyyən yumşalmalara getməliyik.

Əks halda ixraca gedən məhsullarımızn istehsalı sahəsində problemlərlə üzləşə bilərik. Real sektorun indiki həssas inkişaf dövründə isə bu bizə lazım deyil və Azərbaycan mallarının ixracı üçün problemlər yarada bilər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar