Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə “Türk axını” ilə bağlı danışıqların bərpasına hazırdır


Türkiyə hökuməti “Türk axını” qaz kəmərinin tikintisi mövzusunda Rusiya ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib


APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini Andrey Dvorkoviç Moskvada Türkiyə baş nazirinin müavini Mehmet Şimşəklə görüşündən sonra deyib.

A. Dvorkoviç bildirib ki, layihənin perspektivləri M. Şimşəkin energetika naziri Aleksandr Novakla görüşündən sonra aydınlaşacaq. “Layihə ilkin mərhələdədir, lakin tərəflərin xoş məramı ilə kifayət qədər tez müddətdə irəliləmək mümkündür”, – deyə A. Dvorkoviç söyləyib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” dövlət şirkətləri arasında Qara dənizdən keçəcək “Türk axını” qaz kəmərinin tikintisi haqqında memorandum imzalanıb. Əvvəlcə boru ilə ildə 63 milyard kubmetr qaz nəqli nəzərdə tutulsa da, sonradan bu həcm iki dəfə azaldılıb. Layihə Avropa İttifaqının rədd etdiyi “Cənub axını”n əvəz etməli idi, lakin 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra layihə dondurulub. “Cənub axını”nın podratçısı olan “Saipem” şirkəti isə “Qazprom”a qarşçı 750 milyon avro məbləğində məhkəmə iddiası qaldırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Ən çox oxunanalar