Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif edib

Rəsmi Ankara Pakistanla İran arasında vasitəçilik təklif edib...

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır: “Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, - bəyanatda bildirilib.

Rəsmi Ankara tərəfləri dialoqa çağırıb: “Türkiyə təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian və Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə telefonla danışıb.

H.Fidan Ümmanda həmkarı Ayman Safadi ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib ki, Ankara tərəflər arasında 2 gündür davam edən gərginliyi narahatlıqla izləyir: “Həmkarlarım mənə gərginlikdə maraqlı olmadıqlarını dedilər. Ümid edirəm, belə də olacaq. Biz sabitlik üçün öhdəmizə düşəni etməyə hazırıq”.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar