Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Avropa texnologiyasının ulduzuna necə çevrildi? - "Financial Times" jurnalı

"Financial Times" jurnalı Türkiyədəki startap layihələrinin son illərdəki uğurları barədə məqalə yayımlayıb.

"Türkiyə Avropa texnologiyasının ulduzuna necə çevrildi?" başlıqlı məqalədə builki onlayn pərakəndə satışlardakı ən parlaq yeni fikrin Silikon Vadisində deyil, İstanbulda yarandığı bildirilib.

Məqalədə texnologiya investorlarının yalnız 10 dəqiqədə market alış-verişi edən startaplara milyardlarla dollar sərmayə qoyduqları və 7,5 milyard dollar dəyərində olan "Getir" şirkətinin onların içərisində qabaqcıl olduğu ifadə edilib.

Yazıda eyni zamanda aşağıdakı ifadələr yer alıb: "Getir"in keçənilki sərvəti Türkiyənin texnologiya sənayesindəki böyük dəyişikliyin göstəricisidir".

 
 
Ötən yaydan bəri, Türkiyənin əhəmiyyətli texnologiya şirkətləri olan "Trendyol" və "Hepsiburada" e-ticarət platformalarının, həmçinin oyun tərtibatçıları "Peak Games" və "Dream Games"in ümumi dəyəri 1 milyard dolları aşıb .

İstanbulun beynəlxalq şəhər olduğunu göz önünə aldıqda texnologiya sahəsində daha çox uğur əldə edə bilməməsinə təəccübləndiyini deyən Salur "böyük şirkətlər ən azı 10 ilə qurulur. İlk 10 il sizin üçün təcrübədir. Qarşıda  20 illik bir dönəmin olduğunu düşünün", - deyə bildirib .

"Türkiyə e-ticarət bazarı dönüş nöqtəsindədir"

Hazırda 4,4 milyard dollar dəyərində olan "Hepsiburada"nın qurucusu Hanzade Doğan Türkiyə e-ticarət bazarının dönüş nöqtəsində olduğunu deyib.

Xəbərdə türk sərmayədarları ilə bağlı aşağıdakı ifadələr yer alıb: "Türkiyədə e-ticarətin ümumi həcmi üç il əvvəl 3,5 faizi təşkil edirdisə, bu gün 10 faizə yüksəldiyi təxmin edilir. Bunun səbəblərindən biri də pandemiyanın təsiri ilə əlaqədar olaraq dünyada onlayn pərakəndə satışın artmasıdır".

COVİD-19-un bazarda böyük dəyişikliklərə səbəb olduğunu ifadə edən "General Atlantic"in baş direktoru  Melis Kahya Akar türk şirkətlərinin daha qlobal miqyasda düşünmələri üçün bütün şəraitin hazırda mövcud olduğunu vurğulayıb.


 
Hazırda dəyəri 16,5 milyard dollar olan və əsasən ''Alibaba"ya məxsus olan "Trendyol", qida çatdırılma sahəsində genişlənmədən əvvəl 2010 -cu ildə onlayn geyim platforması kimi fəaliyyətə başlamışdı.
 
Türkiyənin "Amazon"a verdiyi cavab kimi dəyərləndirilən  "Hepsiburada" şirkəti 2000-ci ildə qurulub və böyük ölçüdə investisiya əldə etmədən özünü maliyyələşdirməyi bacarıb.

"Qlobal oyunçular kənarda qaldı"

Xəbərdə "Amazon" və "eBay" kimi qlobal oyunçuların Türkiyəyə girməkdə çətinlik çəkdikləri qeyd edilib: "Yerli onlayn satıcılar qismən "Amazon" və "eBay" kimi qlobal oyunçular ölkəyə girməkdə çətinlik çəkdikləri üçün müvəffəqiyyətli oldular. "PayPal" 2016 -cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitter və digər sosial media hesabları üzərində sərt tədbirlər gördüyü bir vaxtda Türk ödəniş lisenziyasını itirdi".

Məqalədə Türkiyədəki texnologiya menecerlərinin çoxunun ilk təcrübələrini iki şirkətdən birində keçdikləri qeyd olunub.

Onlar 2011-ci ildə Türkiyədə fəaliyyətə başlayan və bir il sonra anidən bazardan çıxan alman startapı "Rocket Internet” və 2010-cu ildə "Zynga” tərəfindən 1,8 milyard dollara satın alınan "Peak Game” mobil oyun tətbiqidir.
 
"Rocket” and "Peak”də çalışmış və hazırda Londonda yerləşən "Tripledot Studios” oyun şirkətinin həmtəsisçisi olan Akın Babayiğit bu haqda fikirlərini bölüşüb.

O qeyd edib ki, "Rocket”də işə götürdükləri həmin çox ağıllı, super analitik insanların bir çoxu sonradan ya "Trendyol” və ya "Peak”ə qoşulub. Akın Babayiğit "Peak Games”in insanlara qlobal düşünməyi və qalib gələ bilməyi öyrətdiyini bildirib.

"Rocket”, "Peak” və "Trendyol” startap məktəblərindən məzun olan Soner Aydemir "Dream Games”in qurucu ortağıdır. Tapmaca tətbiqi "Royal Match”ın istehsalçısı dəyəri 1 milyard dolları keçən xüsusi şirkət olaraq iyun ayında Türkiyənin yeni '"unicorn"u olub.

"Candy Crush Saga Developer King”in keçmiş əməliyyat meneceri Stefan Kurqan hazırda Türkiyədə dünya səviyyəli oyun təkmilləşdiricilərinin birliyi olduğunu söyləyib.

Xəbərdə Soner Aydemir Türkiyədə hələ də texnoloji startaplara qarşı məhdudiyyətlərlə bağlı narahatlıqların olduğunu bildirir. O, bu sənayenin çox gənc olduğunu da diqqətə çatdırıb. (sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar