Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa dördüncü cinayət işi üzrə ittiham irəli sürülüb - Seçkiyə müdaxilə...

Corciya ştatında ABŞ-ın 45-ci prezidenti Donald Trampa qarşı ittiham irəli sürülüb...

Böyük münsiflər heyəti Trampınsəsvermədən sonra seçkinin nəticələrinə təsir etmək cəhdində əli ola biləcəyini hesab edir.

Poliqon xəbər verir ki, bu, sabiq prezidentə qarşı açılan dördüncü cinayət işidir.

Associated Press Agentliyinin məlumatına görə iş üzrə digər təqsirləndirilən şəxslər Ağ Evin keçmiş aparat rəhbəri Mark Meadouz, Donald Trampın şəxsi vəkili Rudolf Culiani və Ədliyyə Departamentinin rəsmisi Cefri Klarkdır. Növbəti ittihamların səbəbi 2021-ci ilin yanvarında telefon danışığı olub və bu zaman Tramp Corciyanın Respublikaçı dövlət katibinə “11 780 səs tapmağa” kömək etməyi təklif edib.

Xatırladaq ki, Trampa qarşı daha üç cinayət işi araşdırılır. Belə ki, o, ABŞ-ı aldatmaq üçün sui-qəsddə və 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı daha üç maddə üzrə ittiham olunur. Bundan əvvəl Nyu-York məhkəməsində o, 2016-cı ildə pornoqrafik aktrisa Stormi Danielsə susmaq üçün pul ödənilməsinə dair maliyyə hesabatlarını saxtalaşdırmaqda ittiham olunur. Siyasətçi Floridadakı Mar-a-Laqo iqamətgahında tapılan məxfi sənədlərlə səhlənkarlıqla davranmaqda da şübhəli bilinir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar