Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Azərbaycan kəndlərinin qaytarılması regionda sülhün bərpası üçün əsas amildir

Cənubi Qafqazda daimi sülhün bərpası üçün Ermənistanın işğal altında saxladığı Azərbaycan kəndlərini geri qaytarması əsas amildir...

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin BMT-dəki daimi nümayəndəsi, xarici işlər nazirinin müavini Ahmet Yıldız deyib.

O, vurğulayıb ki, Ermənistanın Qazaxın 4 kəndini Azərbaycana qaytarmaqla bağlı razılığa gəlməsi ilk növbədə onun özü üçün tarixi bir fürsəti dəyərləndirmək mənası daşıyır:

Ermənistanın öz məsuliyyətini anlayıb doğru istiqamətə yönəlməsi təqdir olunmalıdır. Eyni zamanda, Ermənistanın danışıqlarda işğal zamanı minaladığı ərazilərlə bağlı razılığa gəlməsi də zəruridir. Bütün bunlar hər şeydən öncə Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək məsələlərdir”.

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri olduğu dönəmdə də bu məsələlərin çox müzakirə edildiyini vurğulayan Ahmet Yıldız qeyd edib ki, Türkiyə hər zamankı kimi, yenə də haqqın tərəfində dayanır:

“Türkiyə Azərbaycan nümayəndə heyəti ilə birlikdə bu məsələləri Avropa Şurasında da çox müzakirə etdi və bu danışıqlar yenə aparılır. Azərbaycana qarşı yol verilən haqsızlıq və Ermənistanın tərəfinin tutulması haqqında çox danışıldı. Türkiyə öz prinsipial mövqeyi ilə bir çox məsələlərin çözümündə önəmli rol oynayıb və onlardan biri də Cənubi Qafqaz regionunda daimi sülhün bərpasıdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar