Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Baydendən daha çox yaşlı və 100% daha ağıllı olan bir çox insan tanıyıram...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, hazırkı Amerika lideri Co Baydenin problemləri onun yaşı ilə bağlı deyil...

Poliqon xəbər verir ki, bu barədə Tramp Fox News telekanalına müsahibəsində deyib

"Baydenin bəzi çətinlikləri var, amma bu, yaşla bağlı deyil. Çünki mən ondan çox yaşlı və 100% daha ağıllı olan bir çox insan tanıyıram", deyə Donadl Tramp bildirib.

Sabiq ABŞ liderinin sözlərinə görə, Bayden kimi siyasətçinin başqa ölkələrlə danışıqlar aparmasına icazə vermək təhlükəlidir.

Qeyd edək ki, Tramp koqnitiv qabiliyyət testindən keçib və bundan sonra Ağ Evin hazırkı rəhbəri Co Baydeni də eyni şeyi etməyə çağırıb. Sabiq prezident qeyd edib ki, iki dəfə səhvsiz əqli testdən keçib. Siyasətçi əmindir ki, bütün prezidentlər və bu posta namizədlər mütləq belə sınaqlardan keçməlidirlər.

Ötən gün Donald Trampın seçki qərargahı hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ın keçmiş prezidentini Meksika ilə sərhədə qədər təqib etməkdə, miqrasiya böhranına görə məsuliyyətdən azad etməyə çalışmaqda ittiham edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Ən çox oxunanalar