Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda şəhid olan Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək

"Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram ... Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm... Eynilə bu gün yaşanan hadisə kimi ...”

Bu sözləri aparıcı Hacı Nuran instqramda yazıb. Tovuz döyüşlərdində şəhid olan Elşad Məmmədovun ailəsini ziyarət edən Hacı Nuran hərbiçinin daha bir övladı dünyaya gələcəyinni xəbər verib:

"Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12 də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996 - 12.07.2020) evində qonaq oldum... Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana, amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq: Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək. Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün. Məncə, bir atanın övladı üçün bundan böyük qoyub gedəcəyi ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.(pravda)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Ən çox oxunanalar