Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tomas de Vaal: Vardanyan danışıqlar prosesini çox mürəkkəbləşdirib

“Düşünürəm ki, Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı deyil”...

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun-a Carnegie Fondunun aparıcı analitiki, Qarabağ münaqişəsi üzrə tanınmış ekspert Tomas de Vaal (Thomas de Waal) deyib.

Tomas de Vaal hələ sentyabrda demişdi ki, Azərbaycan prezidenti İlham Əliyevin məqsədi Ermənistanı, Qarabağ iddialarından əl çəkməsi və Zəngəzur dəhlizinin acılmasına razılıq verməsi şərtilə sülh müqaviləsini imzalamağa məcbur etməkdir.

O bu müsahibəsində vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb:

“Əlbəttə, indi orda baş verənlər çox ciddi hadisələrdir və mən qorxuram ki, 2023 çox gərgin, ağır il olsun. Mən ümid edirəm ki, yeni münaqişə olmayacaq, amma nə qədər ki, ciddi danışıqlar getmir, 2020-ci ilin noyabr bəyanatı faktiki olaraq yerinə yetirilmir və bu razılaşmanın əsas şərtlərindən biri olan Laçın dəhlizində tranzit yoxdur orada hazırda yeni münaqişənin simptomları mövcuddur”.

Tom de Vaal narahat olduğunu deyib ki, Qarabağ ermənilərinin taleyi və “Zəngəzur dəhlizi” məsələsi danışıqlarda yox, torpaq üstündə həll oluna bilər.

Rusiya Azərbaycanı qıcıqlandırmaq istəmir

Ekspert ümid etdiyini bildirib ki, Brüsseldə danışıqların daha bir raundu keçiriləcək:

“Mən düşünmürəm ki, münaqişə olacaq. Olsa da onun miqyası bizim 2020-ci ildə gördüyümüz müharibədən kiçik olacaq. Və mən düşünmürəm ki, Əliyev yeni tammiqyaslı münaqişədə maraqlı olsun. Yəqin ki, o, istədiklərini danışıqlarda ala bilməsə, Ermənistan tərəfinin üzərinə təzyiqlər edəcək”.

Azatuyunun “niyə Rusiya vəziyyətə müdaxilə etmir” sualına Tomas de Vaal belə cavab verib:

“Bu çox əsaslı sualdır. Mənim bu suala cavabım yoxdur. Əlbəttə, daha çox ümumi bir səbəb ola bilər: Rusiyanın bütün hərbi, iqtisadi və siyasi resursları Ukraynaya yönəldilib. Əlbəttə, sülhməramlı missiya Qarabağda qalsa da, o elə də güclü deyil, bir il bundan əvvəl olduğu qədər peşəkar da deyil. Səbəblərdən biri də budur ki, Moskva uzun illərdir həm Bakının , həm də Yerevanın dəstəyinə və onlarla yaxşı münasibətlərə ümid edib. İkinci bir faktor budur ki, onlar Azərbaycanı qıcıqlandırmaq istəmirlər”.

Moskva sülhməramlı missiyanın 2025-dən sonra da qalmasını istəyir

Ekspert Ermənistan üzərinə edilən təzyiqlərin Moskva tərəfindən dəstəkləndiyinə dair bəyanatlara inanmadığını bildirib:

Rusiya həmişə, son 30 ildə ErmənistanAzərbaycan arasında balanslı mövqe tutmağa çalışıb. Əlbəttə Moskva Naxçıvana yolun açılmasında maraqlıdır. Çünki bu yolun təhlükəsizliyini...FTX təmin etməlidir. Amma Moskvanın başqa marağı da var. Moskva istəyir ki, sülhməramlı missiya Qarabağda daha uzun müddətə, 2025-ci ildən sonra da qalsın...Zənnimcə, həm Moskvada, həm də Bakıda ümid edirdilər ki, sülh müqaviləsi 2022-ci ildə olacaq. Amma onların bu təzyiqin nə qədər davam etdirilməsini istədilklərini demək çətindir. Bundan başqa Bakı bu qənaətdədir ki, Ruben Vardanyan Kremlin layihəsi, Putinin adamıdır. Mən belə hesab etmirəm, amma bu fikirlə razıyam ki, Vardanyanın Qarabağa gəlişi danışıqlar prosesini son dərəcə mürəkkəbləşdirib”.

Tomas de Vaalın fikrincə Vardanyan daha nüfuzlu fiqurdur, halbuki Bakı yerli ermənilərlə dil tapa biləcəyinə ümid edirdi.

Ekspertin fikrincə yaranmış vəziyyətdə Avropa İttifaqı ən neytral və nüfuzlu vasitəçi ola bilər, çünki həm Bakı, həm də Yerevanın ona etimadı var:

“Bütün hallarda əsas diplomatik oyunçular BakıYerevandır və Avropa İttifaqı ümumilikdə bu prosesə nə qədər çox cəlb olunsa, bir o qədər yaxşıdır. Buna ümid var ki, Avropa İttifaqının sərhəd missiyası bu il bərpa olunacaq və bu il Şarl Mişelin himayəsi altında Əliyev və Paşinyan arasında danışıqların yeni raundu olacaq. Mən sadəcə olaraq başqa variant görmürəm və düşünürəm ki, bu vasitəçiliklə dinc yolla çox şeyin əldə olunacağını Bakıda və Yerevanda başa düşürlər”.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, ErmənistanRusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi AzərbaycanErmənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

pia.az


Etiket: Tomas de Vaal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar