Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayevin Bakı səfəri... - Artıq Nursultan Bakı strateji müttəfiqidir?

Maraqlıdır ki, erməni mətbuatı Tokayevin Bakıya səfərini çox qəzəblə qarşılayıb...

Politoloq: “Əslində, sənədlərə istinad etsək görəcəyik ki, Nursultan Bakının ilk strateji müttəfiqidir”.

“Mən hesab edirəm ki, qarşıdakı illərdə bu müttəfiqlik ən yüksək səviyəyə qalxacaq. Heç bir erməni faktoru isə bu müttəfiqliyin və qardaşlığın inkişafına mane ola bilməyəcək”.

Bu sözləri politoloq İlqar Vəlizadə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıya səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıya səfər etdi və həmkarı İlham Əliyevlə bir sıra görüşlər keçirdi.

Tokayevin səfəri çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olundu. Eyni zamanda iki ölkə arasında bir neçə sənəd də imzalandı. Bu sənədlər arasında Azərbaycanla Ermənistanın strateji müttəfiqliyi ilə bağlı bəyannamə də var.

Maraqlıdır ki, erməni mətbuatı Tokayevin Bakıya səfərini çox qəzəblə qarşılayıb. Onlara görə KTMT üzvü olan bir ölkə Azərbaycana səfər edə və strateji tərəfdaşa çevrilə bilməz. Çünki Qazaxıstan Ermənistanla KTMT-də müttəfiqdir və bu müttəfiqlik Ermənistanın düşməni olan Azərbaycanla Qazaxıstanın strateji müttəfiqliyini imkansız edir. Bəsit erməni məntiqinə görə sırf təcavüzkar Ermənistana görə digər KTMT ölkələri Azərbaycanla əlaqə qurmamalıdır, ya da bu əlaqənin səviyyəsi çox aşağı olmalıdır.

Buna görə də dünəndən başlayaraq Ermənistanda Yeravanın KTMT-ni tərk etməsi ilə bağlı səslər yüksəlməyə başlayıb. Digər bir kütlə isə Qazaxıstanın Ermənistanda olan səfirliyini bağlamağı tələb edir. Çünki Azərbaycanla isti münasibətlərə səbəb olan Qazaxıstanın Yeravandakı səfiliyi həm də Türkiyənin "səfiri" kimi çıxış edir.

Qeyd edək ki, Qazaxıstan KTMT üzvü olmaqla yanaşı, eyni zamanda Türk Dövlətləri Birliyinin aktiv üzvüdür və ermənilər anlamırlar ki, heç bir səmərəsi olmayan KTMT-yə görə Qazaxıstan öz milli maraqlarını Ermənistan üçün fəda edə bilməz. Halbuki ermənilərin istəyi də elə budur.

Bəs Qazaxıstanla Azərbaycan arasında imzalanan sənədləri necə dəyərləndirmək olar və bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərini hansı səviyyəyə yüksəltdi? Demək olarmı ki, artıq Nursultan Bakının strateji müttəfiqidir?

Azərbaycan-Qazaxıstan münasibətlərini PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Qazaxıstan Ermənistanın rəsmi olaraq müttəfiqidir. Müttəfiqdən də bu cür fikirlər eşitmək ermənilər üçün ikiqat zərbədir”.

Ötən illər ərzində Qazaxıstanın Azərbaycanı bütün beynəlxalq təşkilatlarda müdafiə etdiyini xatırladan politoloq PİA.az-a bildirib ki,dominantlığın daha çox Rusiyaya aid olduğu və Ermənistanın da təmsil olunduğu KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda anti-Azərbaycan qərarlarını Qazaxıstan həmişə blokalamağa çalışırıb:

“Əslində, sənədlərə istinad etsək görəcəyik ki, Nursultan Bakının ilk strateji müttəfiqidir. 2005-ci ildə ilk dəfə olaraq Azərbaycan məhz Qazaxıstanla strateji müttəfiqlik barədə sənəd imzalayıb. Düzdür, bu sənəd sənəd olaraq qalırdı və bu sənəd konkret dinamikaya sahib deyildi. Amma ötən illər ərzində Qazaxıstan Azərbaycanı bütün beynəlxalq təşkilatlarda müdafiə edib və imkanı daxilində Azərbaycanın yanında olmağa çalışıb və bu da istər Azərbaycan xalqı, istərsə də rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda dominantlığın daha çox Rusiyaya aid olduğu, Ermənistanın təmsil olunduğu KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda anti-Azərbaycan qərarlarını Qazaxıstan bloklamağa çalışırıb. Bu da müəyyən dərəcədə müttəfiqliyin təzahürüdür və mən hesab edirəm ki, qarşıdakı illərdə bu müttəfiqlik ən yüksək səviyəyə qalxacaq. Heç bir erməni faktoru isə bu müttəfiqliyin və qardaşlığın inkişafına mane ola bilməyəcək.

Son dövrlərdə, xüsusilə Qarabağ müharibəsindən və pandemiyadan sonra Azərbaycan-Qazaxıstan münasibətləri daha da intensiv xarakter alıb. Belə ki, Qazaxıstanın müxtəlif nümayəndələri Azərbaycana gəlirdi. Görüşlər keçirib, sənədlər imzalanırdı. Son aylarda iki ölkə arasında ticarət dövriyyəsi kəskin şəkildə artıb. Güman etmək olar ki, ilin axırına qədər biz ticarət dövriyyəsində tarixi maksimumu keçəcəyik.

İlqar Vəlizadə: “Qazaxıstanla Azərbaycanın münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu münasibətlər də hər iki tərəf üçün uğurlu olacaq və həm türk birliyi platformasında, həm də iki tərəfli münasibətlərdə bundan sonra strateji tərəfdaşlığın şahidi olacağıq”.

Digər tərəfdən demək olar ki, Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlər də kifayət qədər inkişaf edib. Türkdilli ölkələr və ayrı-ayrı siyasi platformalarda iki ölkə sıx dialoqlar aparır. Ölkə prezidentləri də bir neçə dəfə ayrı-ayrılıqda müxtəlif yerlərdə görüşüblər. İndi isə Azərbaycanla Qazaxıstan arasında olan bütün proseslər rəsmiləşdirildi.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çoxdan planlaşdırılırdı. Amma əvvəlcə pandemiya, sonra Vətən müharibəsi, daha sonra Qazaxıstanda olan çalxalanma Tokayevin Bakı səfərini mümkünsüz etdi. Amma bu aylar ərzində də tərəflər dünən imzalanmış sənədləri hazırlayırdılar. Düşünürəm ki, Qazaxıstanla Azərbaycanın münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu münasibətlər də hər iki tərəf üçün uğurlu olacaq və həm türk birliyi platformasında, həm də iki tərəfli münasibətlərdə bundan sonra strateji tərəfdaşlığın şahidi olacağıq.

Ermənistan mətbuatının Tokayevin Bakı səfərini qəzəblə qarşılamasının səbəbi Qazaxıstan prezidentinin işlətdiyi fikirlərdir. Tokayev İlham Əliyevə Qazaxıstanın ən yüksək ordenini verərək belə bir ifadə işlətdi ki, Azərbaycan prezidenti bu parlaq qələbəni əldə edib. Eyni zamanda Tokayev xüsusilə vurğuladı ki, Azərbaycanın qələbəsi BMT-nın qətnamələrinə uyğun aparılıb.

İlqar Vəlizadə: “Tokayev Ermənistanın iddialarının hamısını alt-üst etdi”.

Qeyd edim ki, Tokayev təcrübəli diplomatdır. Sovet dövründə o müxtəlif ölkələrdə səfir işləyib. Uzun müddət də Qazaxıstanın xarici işlər naziri olub. Bu insan əgər Azərbaycanın qələbəsini beynəlxalq hüquq və normalara istinad edirsə, demək Tokayev bunu öz təcrübəsindən istifadə edərək deyir. Tokayevə öz nüfuzu imkan verir ki, o, bu cür açıqlamalar versin.

İllərdir Ermənistan deyir ki, Azərbaycan BMT qətnamələrini öz istədikləri kimi qələmə verir, əslində isə orada başqa cür yazılıb. Tokayev Ermənistanın bu iddialarının hamısını alt-üst etdi.

Bildiyimiz kimi Qazaxıstan da Ermənistanın rəsmi olaraq müttəfiqidir. Müttəfiqdən də bu cür fikirlər eşitmək Ermənistana ikiqat zərbədir. Bu da ondan xəbər verir ki, Ermənistanın siyasi rəhbərliyi o qədər yalan danışıb ki, özləri də öz yalanlarına inanırdılar. Onların yalanları ən yüksək səviyyədə aşkar olunanda xoşlarına gəlmir. Bu da onların problemləridir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar