Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokayev Qazaxıstandakı hadisələri dövlət çevrilişinə cəhd adlandırıb

Qazaxıstanda baş verənlər dövlət çevrilişinə cəhddir. Terrorçuların əsas məqsədi hakimiyyəti qəsb etmək olub”.

Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində söyləyib.

Qazaxıstanın müstəqillik tarixinin ən ağır böhranından keçdiyini vurğulayan dövlət başçısı Rusiya və Belarus prezidentlərinə yardıma görə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2,3 min sülhməramlısı yerləşdirilib:

“Terrorçular Qazaxıstan Prezidentinin iqamətgahını ələ keçirmək planlarından KTMT-nin gəlişini biləndən sonra vaz keçiblər. Böyük çaqqal sürüsü Almatı üzərinə gedib. Bu, Almatı faciəsi olaraq tarixə düşəcək”.

Dövlət başçısı həmçinin dinc etirazçılara qarşı gücün tətbiq olunmasını dezinformasiya adlandırıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar