Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə ABŞ-də hüquqi mübarizə aparmağa hazırdır...

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “TikTok”un Şimali və Cənubi Amerikada dövlət siyasəti şöbəsinin rəisi Maykl Bekermana istinadən məlumat verib.

Aprelin 20-də ABŞ Nümayəndələr Palatası “TikTok”un sahibi olan “ByteDance” şirkətinin bir il ərzində sosial şəbəkəni satmaqdan imtina edəcəyi təqdirdə bu platformanın qadağan edilməsini mümkün edən qanun layihəsini qəbul edib. Satış reallaşmasa, onun ABŞ-dəki işi dayandırılacaq, “Apple” və “Google” proqramları sonradan yükləmək imkanı olmadan silmək məcburiyyətində qalacaqlar.

Bekerman sosial şəbəkə işçilərinə bildirib ki, belə bir qanun qəbul olunarsa, şirkət məhkəmədə iddia qaldıracaq. Onun sözlərinə görə, bu, digər şeylərlə yanaşı, söz azadlığını məhdudlaşdıran qanunvericiliyin qəbulunu qadağan edən ABŞ Konstitusiyasına birinci düzəlişin açıq şəkildə pozulmasıdır. “Biz sona qədər mübarizəyə davam edəcəyik”, - o deyib.

Poliqon.info


Etiket: TikTok ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

AVRO-2024: Qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Ən çox oxunanalar