Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ticarət müharibəsi: Çin və Qərb - Dünya yeni bir qarşıdurmanın astanasında...

Ağ Ev ABŞ-ın Çinə investisiyalarını məhdudlaşdırmaq üçün “görünməmiş tədbirlərə” hazırdır...

ABŞ Çinə qarşı “görünməmiş hərəkətə” hazır olduğunu açıqlayıb. Məhduduiyyətlər tətbiq olunduqdan sonra Amerika şirkətlərindən Çin müəssisələrinə sərmayə qoymaları barədə hökumətə məlumat vermələri tələb olunacaq.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico jurnalı prezident administrasiyasındakı mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Co Baydenin administrasiyası Çinin iqtisadi və hərbi-texniki inkişafını məhdudlaşdırmaq üçün belə bir addım atmağa qərar verib. Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdən sonra Amerika şirkətlərindən Çin müəssisələrinə yatırdıqları sərmayələr barədə hökuməti məlumatlandırmaq tələb olunacaq.

“Əmin olmaq istəyirik ki, biz müttəfiqlərlə, sənaye nümayəndələri ilə hər şeyi müzakirə etmişik, bundan sonra qaydalarda nəzərdə tutulan fərman üzərində işləmək üçün standart prosedurlara keçəcəyik”, deyə mənbə Politico-ya bildirib.

Qeyd edək ki, daha əvvəl belə bir məlumat yayılıb ki, Çin ABŞAvropa İttifaqının sanksiya təzyiqlərinə cavab olaraq Qərb iqtisadiyyatına sərt zərbə vurmağa hazırlaşır. Məlumata görə Pekin nadir torpaq metallarının Qərbə tədarükünə qadağa qoymaq niyyətindədir, həmçinin maşın görmə sistemlərində istifadə olunan skan edən lidarların tədarükünü məhdudlaşdıra və ya tamamilə qadağan edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Ən çox oxunanalar